Şrift:
İraqda baş vermiş iğtişaşlar zamanı 100-dən çox adam həlak olub
07.10.2019 [10:36] - Hadisə
Dünən və bu gün İqaqda baş verən iğtişaşlarda 15 nəfər həlak olub.

Oktyabrın 1-dən bu günə kimi İraqda polislə etirazçılar arasında baş verən qarşıdurmada ölənlərin sayı 120 nəfərə çatıb. Yaralananların sayı isə 4 mini ötüb və onlardan bir çoxunun vəziyyəti ağırdır.

Bu gün Bağdadın qubernatoru Fəllah əl-Cəzairi istefa verib. İraqın Baş Naziri Ədil Əbdül Mehdi bəyan edib ki, etirazçıların bütün tələbləri nəzərə alınacaq. Baş Nazir qeyd edib ki, hökumətdə ciddi dəyişikliklər gözlənilir. Onun sözlərinə görə Ali məhkəməyə geniş səlahiyyətlər veriləcək.



Rabil Kətanov
Bu xəbər oxucular tərəfindən 388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed