Şrift:
400 terrorçu öldürülüb
25.10.2011 [11:39] - Güney Azərbaycan xəbərləri
109 PKK düşərgəsi dağıdıldı
Türk ordusuna barmaq silkələyənin aqibəti


Oktyabrın 18-dən 19-na keçən gecə hərbçilərin olduğu binaların uzun məsafəli silahlardan atəşə tutulması nəticəsində 24 hərbiçi şəhid oldu, 8 əsgər yaralandı. Atışma 30 dəqiqəyə yaxın davam edib.


Türkiyəni etiraz dalgası bürüdü
PKK-nın Hakkarinin Çukurca bölgəsindəki hərbi hissəyə hücum etməsindən sonra Türkiyədə aramsız etiraz aksiyaları başladı. Bu etirazlar hələ də davam edir ki, Türkiyənin bütün bölgələrində insanalar küçələrə axışır. "PKK!-ya, "Terrora yox" şüarları səsləndirir. PKK-ının hücumu zamanı şəhid olan əsgərlərin qanının yerdə qalmayacağını bəyan edir.

Hücum əmrini verən şəxs məlum oldu
Bir gün sonra Türkiyənin hərbi hissəsinə hücum əmrini verən şəxs məlum oldu. Bu qanlı hücümların təşkilində xüsusi rolu olan və terrorçular içində "Behoz Erdal" kimi tanınan Fehman Hüseyindir. Türkiyənin "Vətən" qəzeti yazır ki, suriyalı terrorçu hələ sentyabr ayında bu hücum planını hazırlayıb. Bunun üçün də bölgəyə xeyli silah sürsat yıgıb.

Antiterror əməliyyatları
Bundan sonra Türk Silahlı Qüvvələri dərhal Antiterror Əməliyyatına başladılar. Hakkaridə və İraqın şimalında PKK-a terrorçularına qarşı aparılan ilk hücum əməliyyatları yalnız havadan təşkil olundu. Birinci əməliyyatda 23 terrorçu məhv edildi. Bu qisasın başlanğıcıydı.

Üç PKK rəhbəri öldürüldü
Öldürülənlər arasında Türkiyənin sabiq əmək və sosial müdafiə naziri Ziya Halisin qardaşı oğlu da var. Qüvvələrinin Şimali İraqda terrorçu düşərgələrini bombardman etməsi nəticəsində PKK terror təşkilatının rəhbərliyində təmsil olunan üç nəfər ölüb. Terror təşkilatına yaxın olan internet saytlarından biri bombardmanlarda ölənlər arasında PKK-nın Hakkari bölgəsi üzrə məsul şəxsi Yücel Halisin olduğunu yazıb. Sayt Hakurk və Hinere bölgəsində bombardmanlarda terror təşkilatının rəhbərlərindən “Cudi” ləqəbli Rüstəm Osman, “Çiçek Kıçi” ləqəbli Guhar Çekirge, “Alişer Koçgiri” ləqəbli Yücel Halis də daxil olmaqla 7 terrorçunun öldüyünün bildirir.
Qeyd edək ki, PKK-nın Hakkari bölgəsi üzrə məsul şəxsi olan Yücel Halis Türkiyənin sabiq əmək və sosial müdafiə naziri Ziya Halisin qardaşı oğludur. Hakkarinin Dağlıca qəsəbəsində 12 əsgərin öldürüldüyü, 8 əsgərin qaçırıldığı hadisənin Ziya Haliç tərəfindən həyata keçirildiyi bildirilir. Əsir götürülən türk əsgərlərini Şimali İraqa gedən DTP millət vəkillərinə məhz Yücel Halis təhvil verib.

Yerüstü əməliyyatlarda...
Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatına qarşı irimiqyaslı əməliyyatı davam etdirir.
Hakkarinin Kazan vadisində həyata keçirilən əməliyyatda 53 terrorçu öldürülüb. Əməliyyatın təfərrüatları açıqlanmır. İlkin məlumata görə, pilotsuz kəşfiyyat təyyarələri terrorçuların yerini müəyyənləşdirdikdən sonra vertolyotla əraziyə xüsusi təyinatlı birləşmələr göndərilib. Bundan başqa Hərbi Hava Qüvvələri səhər saatlarından etibarən Kazan vadisini aramsız bombardman edir.
Qeyd edək ki, Türkiyə mətbuatı bundan əvvəl daha 7 terrorçunun bombardmanlardan ölməsi barədə məlumat yayıb. Öldürülən terrorçular arasında PKK-nın rəhbərliyindən təmsil olunan üç nəfər də var.
Hələlik 400 terrorçu öldürülüb
Son məlumatlarda isə Türkiyə Silahlı Qüvvətlərinin son əməliyyatları nəticəsində hava hüsumundan 24, qurudan isə 85 terror düşərgəsi məhv edilib. Nəticədə 400-dən artıq terrorçu öldürülüb.

Nurlan MƏMMƏDLİ
Bu xəbər oxucular tərəfindən 1252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed