Şrift:
İçərişəhərdə “Azərbaycan mənzərələri” adlı fotosərgi açılıb
10.10.2019 [10:40] - Gündəm, Mədəniyyət
Oktyabrın 9-da “Art Tover” rəsm qalereyasında fotoqraf Aleksandr Karyaginin “Azərbaycan mənzərələri” adlı fotosərgisi açılıb.

Sərgi “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Sərgi çərçivəsində “Art Tover” qalereyasında yeni fəaliyyətə başlayan fotoqrafiya məktəbinin rəsmi açılışı da olub.

Sərgidə nümayiş olunan fotolar Azərbaycanın gözəlliyini əks etdirir. Müxtəlif rayon və şəhərlərdə çəkilən fotolar, həmçinin ölkəmizi yaxından tanımağa imkan yaradır. Fotoqrafiya məktəbinin yaradılması foto sənətinə marağın artırılması, peşəkar fotoqrafların hazırlaması məqsədi daşıyır.

Sərgi oktyabrın 12-dək ziyarətçilər üçün açıq qalacaq.
Bu xəbər oxucular tərəfindən 402 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed