10.10.2019 [11:06] - Gündəm, Bildiriş
Qobustan rayonunda payızlıq taxıl səpini kampaniyası sürətlə davam etdirilir və artıq 23 min 515 hektarda əkin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bölgə müxbirinə bildirilib ki, mühüm strateji məhsul olan taxılçılıq Qobustanda kənd təsərrüfatının aparıcı sahələrindəndir. İndiyədək əkilən sahələrin 16 min 315 hektarı buğda, qalanı isə arpadır. Cari mövsümdə 31 min hektarda səpin aparılacağı proqnozlaşdırılır. Hazırda sahələrə hər gün 60-dan çox səpin aqreqatı çıxarılır. Bütün ərazilərdə, xüsusilə Sündü, Cəyirli, Xilmilli, Ərəbşalbaş və bir sıra digər ərazi vahidlərində səpin kampaniyası mütəşəkkil aparılır. Əkində əsasən yerli şərait üçün daha əlverişli olan “Qobustan”, “Bezostiya” buğda, “Cəlillabad”, “Dəyanətli” arpa sortlarından istifadə edilir.
Taxılçılar bu mühüm kampaniyanın oktyabrın 25-dək başa çatdırılması üçün bütün qüvvələrini səfərbərliyə alıblar.

Bu xəbər oxucular tərəfindən 1817 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |