17.09.2011 [22:52] - Gündəm
Türkiyədə 2011-ci ilin ilk 8 ayı ərzində 132 müştərək Azərbaycan şirkəti qurulub.
Bu barədə Türkiyə Odalar və Borsalar Birliyindən (TOBB) açıqlama verilib. Bu ilin ilk 8 ayında qardaş ölkədə 2303 əcnəbi ortaq sərmayəli şirkət fəaliyyətə başlayıb. Həmin şirkətlərə əcnəbilər ümumi sərmayənin 77,56 faizini qoyublar. Belə əcnəbilərlə müştərək şirkətlərdən Azərbaycanı yalnız İran (417) və Almaniya (244) qabaqlayıb.
Əcnəbilərlə müştərək sərmayəli şirkətin 253-ü anonim, 2050-si MMC-dir. Şirkətlərin 791-i topdan və pərakəndə ticarət, motorlu nəqliyyat və motosikletlərin təmiri, 238-i inşaat sektorunda fəaliyyət göstərir.

Bu xəbər oxucular tərəfindən 1146 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |