25.10.2011 [11:42] - Siyasət
“Avropa Şurası Parlament Assambleyasının bu qətnaməsi Azərbaycanın maraqlarına cavab verir, hətta işinə yarayır.”
Bu sözləri “Davam” qəzetinə Türkiyədən Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, politoloq Toğrul İsmayıl bu günlərdə AŞ PA-nın qəbul etdiyi "Müasir beynəlxalq hüquqda milli suverenlik və dövlətçilik: aydınlaşdırmaya ehtiyac" adlı 1832 saylı qətnaməsini şərh edərkən bildirib.
“Çox vacib sənədlərdən biridir. Əslində, Dağlıq Qarabağla bağlı bir başa olmasa da bəzi məqamlar Azərbaycanın maraqlarına cavab verir. Burada əsas məsələ də hal-hazırda beynəlxalq hüququn milli azlıqların öz müqəddəratını təyinetmə hüququnu tanımış olsa belə, bu hüququn avtomatik ayrılmaya şərait yaratmadığını vurğulanmasıdır.
Əgər, XX əsrin əvvəllərindən etibarən öz müqəddəratını təyinetmə hüququ birbaşa hər bir millətin öz dövlətinin qurulması kimi görülür və izah edilirdisə də, hal-hazırda həm BMT, həm də Aİ bu məsələyə daha həssas yanaşır. Aİ daha əvvəl də bir sıra sənədlərində bu məsələyə vurğu edilmişdi. Buradan belə olduğu halda Qarabağdakı ermənilər öz müqəddəratlarını hələ sovetlər zamanında bildirmişlər və Azərbaycanın tərkibində qalmışlar. Münaqişə başladığı zaman da DQMV sovet qanunlarına görə, əsas respublikadan ayrılmaq hüququna malik deyildi”, - deyə, Toğrul İsmayıl qeyd etdi.
Politoloq Ermənistanın və ya hər hansı bir ölkənin də bu məsələdə tərəf olmasından çəkinməyi bildirdi. “Belə ki, qəbul edilən qətnamədə də qeyd olunduğu kimi, AŞ PA-nın bütün ölkələri qanunsuz ayrılma nəticəsində formalaşmış de-fakto hakimiyyət və əraziləri hər hansı formada tanımaq və ya dəstəklənməkdən çəkinməlidir. Amma yenə də bir məsələni nəzərinə çatdırmaq istəyirəm ki, bu qətnamələr əsasən tövsiyə xarakterlidir. Bır sıra ölkələr də əsas belə qərarlara ciddi riayət etmirlər. Onlardan biri də elə Ermənistan özüdür”,-deyə, politoloq vurğuladı.
Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 2100 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |