14.10.2019 [10:28] - Gündəm, İdman
Yetmiş beş dəqiqəni yaxşı keçirdik, sonra isə yorulduq. Rəqib bundan yararlanaraq qol vurdu. Xoşbəxtlikdən, qol sayılmadı. Orada nə baş verdiyini görmədim. Azərbaycan ilə oyunda bəxtimiz gətirdi.
Bu sözləri Macarıstan millisinin baş məşqçisi Marko Rossi öz meydanında Azərbaycanı 1:0 hesabı ilə qalib gəldiyi “Avro-2020” seçmə qrup matçından sonra təşkil olunmuş mətbuat konfransında deyib.
İtalyan mütəxəssis Azərbaycan millisinə hörmətlə yanaşmalı olduqlarını vurğulayıb: “Onlar Xorvatiya ilə 1:1 hesablı heç-heçə ediblər, Uelsə son dəqiqələrdə qol buraxaraq uduzublar”.
Rossi Xorvatiya ilə oyuna görə tənqid olunmalarına da diqqət çəkib: “Həmin görüşdə inanılmaz səhvlərə yol vermişdik. Amma çox güclü futbolçulara, dünyanın ikinci ən güclü komandasına qarşı çıxış etmişdik”.

Bu xəbər oxucular tərəfindən 317 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |