04.09.2012 [16:10] - Gündəm, Bildiriş
Azərbaycan ilə Pakistan arasında birgə biznes forum keçiriləcək. Bu barədə Pakistanın Azərbaycandakı səfiri İnayatulla Kakar çərşənbə axşamı Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, biznes forum hər iki ölkənin iş adamlarının bir-birilərinin imkanları ilə tanış olmasına şərait yaradacaq.
Səfir qeyd edib ki, Azərbaycan ilə Pakistan mədəni əlaqələrin inkişafı ilə bağlı razılaşmalar imzalamağı planlaşdırır.
"Pakistanın tekstil, qida məhsulları sahəsində, həmçinin kənd təsərrüfatı avadanlıqları, tibbi avadanlıqlar sahəsində geniş potensialı var və bu məhsulları Azərbaycana ixrac edə bilər. Bu məhsullar Azərbaycana birbaşa deyil, üçüncü ölkə vasitəsilə gəlir. Bu məhsullar birbaşa Azərbaycana gətirilsə, daha ucuz başa gələr", - Kakar deyib.
Onun sözlərinə görə, Pakistan da neft-qaz sahəsində Azərbaycanın təcrübəsindən istifadə edə bilər.

Bu xəbər oxucular tərəfindən 1514 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |