04.09.2012 [16:34] - Xəbərlər
“Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun prezident İlham Əliyev tərəfindən əfv olunması artıq Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə neqativ təsir göstərib”.
“Panorama.az” saytının verdiyi məlumata görə, bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkədə səfərdə olan Argentinanın xarici işlər və xarici ticarət naziri Hektor Timermanla keçirdiyi birgə mətbuat konfransında deyib. Ermənistanın Azərbaycanla danışıqlar prosesinə son qoymasının mümkünlüyü haqda sualı cavablandıran E. Nalbandyan belə bir niyyətləri olmadığını söyləyib: “Danışıqlar prosesinin iflasına yönəlmiş bəyanatları və hərəkətləri tez-tez məhz Azərbaycan edir”.
Jurnalistlər məsələyə argentinalı nazirin də münasibətini öyrənmək istəsələr də, qonaq ikitərəfli əlaqələrin inkişafını müzakirə etmək üçün Ermənistana gəldiyini xatırladaraq bu mövzuda suallar verilməsini istəyib.
DAVAM.AZ: - Müharibədən qorxurlar və danışıqlarla vaxtı uzatmaq erməninin xeyrinədir.

Bu xəbər oxucular tərəfindən 1138 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |