Şrift:
Özbəkistanın informasiya agentliyində ölkəmizlə bağlı məqalə yer alıb
15.10.2019 [11:00] - Gündəm, Mədəniyyət
Özbəkistanın UzA Milli informasiya agentliyində özbək dilində “Azərbaycan-Qərb və Şərq sivilizasiyasını bağlayan körpü” sərlövhəli məqalə yer alıb.

Materialda Azərbaycanın Böyük İpək Yolu üzərində yerləşdiyi vurğulanır, tacirlərin zaman-zaman bu yolla Şərqə və Qərbə müxtəlif mallar daşıdığı bildirilir.

Qeyd olunur ki, XIX əsrin sonu, ХХ əsrin əvvəllərində Bakıdakı karvansaralarda dünyanın müxtəlif ölkələrindən gələn tacirlər gecələyir, sonra Şərq və ya Qərb istiqamətində yollarına davam edirdilər.

Materialda Azərbaycanın indi də turizm ölkəsi olduğu vurğulanır, hər il bu cazibədar ölkəyə yüz minlərlə turist gəldiyi qeyd edilir. Bu il isə artıq ölkəyə gələn turistlərin sayının 1 milyondan artıq olduğu diqqətə çatdırılır.

Məqalədə deyilir ki, Azərbaycanda milli-mədəni irsinin bir sıra qiymətli nümunələrinin, o cümlədən Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Bakıdakı İçərişəhər, Qız Qalası, həmçinin muğam, aşıq, xalçaçılıq, tar ifaçılığı, kəlağayı sənətinin və Novruz bayramının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bu ölkənin tarixinin qədimliyindən xəbər verir və turistləri də bu amillər, xalqın qonaqpərvərliyi, təbiətin gözəlliyi bu ölkəyə cəlb edir.

Yazıda Azərbaycanın digər bölgələrindəki tarixi memarlıq abidələrindən də söhbət açılır.
Bu xəbər oxucular tərəfindən 430 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed