17.10.2019 [16:56] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Oktyabrın 14-də Şuşada “Gövhər Ağa” məscidinin “təmir-bərpası”ndan sonra açılış mərasimi olub. Məscidin “təmiri” İranın “Part Saman Jahan” memarlıq şirkətinin iştirakı və erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın “İDEA” fondunun maliyyə yardımı ilə aparılıb.
1883-cü ildə, Kərbəlayi Səfi Xan Qarabağinin memarlığı əsasında ərsəyə gələn “Yuxarı Gövhər Ağa” məscidini “İran memarlığının nümunəsi” olaraq təqdim ediblər.
Məscidin “təmiri”nə 2014-cü ildən start verilmişdi. Qondarma qurumun başçısı Bako Saakyanın iştirakı ilə keçirilən tədbirdə sərsəm iddialar səsləndirilib.
“İran İslam Respublikasında bizim monastır və kilsələr qorunur. Biz də Artsax ərazisində, həmçinin Şuşada İran mədəniyyət abidələrinin bərpası ilə məşğul oluruq. Bu, İran-erməni dostluğunun nümunəsidir” - kimi iddialar eşidilib.
Milli Dirçəliş Hərəkatı Partiyasının lideri, deputat Fərəc Quliyev bu məsələnin Azərbaycanın əleyhinə olduğunu düşünür.
Onun “Yeni Müsavat”a bildirdiyinə görə, İran tərəfi Azərbaycandan icazə alsaydı, başqa cür olardı: “Söhbət işğal edilmiş ərazilərimizdə iş görülməsindən gedir. Bu, Azərbaycanın əleyhinə olan məsələdir. Kimsə gəlib şəhər salır, istirahət mərkəzi tikir, biz də razılaşmalıyıq?
Üstəlik, ermənilər bu məscidi qeyri-türk məbədi kimi təqdim edirlər. Eyni zamanda restavrasiya işlərində türk üslubu dağıdılıb, fars tikintisinə uyğun tikilib. İran özünü türk düşməni kimi aparır.
Elə Paşinyanın Tehrandakı görüşlərini yada salın. Onlar Ermənistana pəncərə verir, yaxşılıqlar edirlər. Kim bizimlə dostdursa, onunla dost olacağıq".
F.Quliyevin sözlərinə görə, Azərbaycan dövləti İranla problem yaranmasını istəmir: “Mən bunu başa düşürəm. Amma İranın atdığı addımı da nəzərinə çatdırmaq lazımdır”.
Fərəc Quliyev: “İndi ermənilər Qarabağda yol çəkirsə, deyək ki, yoldur, qoy çəksinlər, axırda bizə qalacaq?”
Deputat torpaqların gec-tez azad olunacağını əsas arqument saymır: “Bu arqument deyil ki, biz torpaqlarımızı azad edəcəyik deyə, qoy, Şuşa məscidi təmir olunsun. İndi ermənilər Qarabağda yol çəkirsə deyək ki, yoldur, qoy çəksinlər, axırda bizə qalacaq? Bu günə kimi mədənlərdən 30 milyardlıq vəsait aparıblar. Qarabağda istirahət mərkəzləri tikiblər, vəsait qoyublar. Bu bizə lazım deyil. Biz 30 məscid tikə bilərik”.
Deputat Aqil Abbas isə sual etdi ki, İran hansı haqla Azərbaycandan icazəsiz Şuşada iş görür: “Hətta Qarabağ olmasın, başqa dövlətin ərazisi olsun... Axı bu, beynəlxalq normaları pozmaqdır. Onların necə təqdim etməyindən asılı olmayaraq, adından məlumdur - “Yuxarı Gövhər Ağa” məscidi. İstəyirlər İran memarlıq abidəsi adı qoysunlar, yenə də sənədlərdə hər şey öz əksini tapır. Axı adi bir sual yaranır, erməni məscid tikib? Erməni ancaq məscid dağıda bilər. Ağdam məscidində donuz saxlayırdılar. Buna bir müsəlman dövləti dözürsə, daha sözüm yoxdur. Ancaq biz kilsə dağıtmamışıq”.
A.Abbas qeyd etdi ki, Azərbaycan dövlətinin işğal edilmiş torpaqlarında yol çəkməyə də, məscidlərini bərpa etməyə də imkanı çatır: “Hərdən özüm də yazıram ki, yoldur qoy çəksinlər, bizə qalacaq. Amma bununla özümüzə təskinlik veririk. Ancaq darıxmasınlar, torpaqlarımızı azad edəcəyik, yol da çəkəcəyik, məscid də bərpa edəcəyik, erməni kilsələrini də dağıtmayacağıq”.
Aqil Abbas: “Ağdam məscidində donuz saxlayırdılar, buna müsəlman dövləti dözürsə, daha sözüm yoxdur”
“Azərbaycanın işğal olunmuş torpaqlarında tam etnik təmizləməni həyata keçirərək yerli müsəlman azərbaycanlıları öz doğma evlərindən, mülklərindən didərgin salan təcavüzkar Ermənistanın bu gün Şuşada məscid ”təmir" edərək guya ki, dini dəyərlərə verdiyi hörməti nümayiş etdirmək cəhdi riyakarlıqdan başqa bir şey deyildir".
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. XİN sözçüsü qeyd edib ki, Şuşa şəhərində Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhər ağanın sifarişi ilə 19-cu əsrdə tikilmiş “Yuxarı Gövhər Ağa” (Cümə) məscidinin Ermənistan tərəfindən “təmir olunması” bu işğalçı ölkənin Azərbaycan ərazilərindəki maddi-mədəniyyət və dini abidələrin mənimsənilməsi və onların mənşəyinin dəyişdirilməsi siyasətinin bir hissəsidir:
“Belə ki, “Gövhər Ağa” məscidini ”bərpa" edərək, fars məscidi kimi qələmə verməyə çalışan işğalçı tərəfin əsas məqsədi Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətidir".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |