17.10.2019 [17:07] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bütün zamanlarda türkoloji düşüncənin əsas mərkəzlərindən olan Azərbaycan türk xalqlarının birliyi naminə bir sıra uğurlu işlər həyata keçirib. Bu gün Azərbaycan dövləti türkdilli dövlətlərin birliyi naminə keçirilən bir sıra tədbirlərə evsahibliyi edir.
Bildiyimiz kimi, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə toplantısı keçirildi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Qırğızıstan Respublikasından Azərbaycana keçib. Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının toplantısında Qırğızıstan Respublikasının xarici işlər naziri Çingiz Aydarbekov deyib: “Türk Şurasına sədrlik Naxçıvan sazişinin 10-cu ildönümündə Qırğızıstandan Azərbaycana keçir”.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrliyin Azərbaycana keçməsi nəticəsində Azərbaycan bu sahəyə hansı töhfələr vermək gücündədir?
Millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, ölkəmiz indiyə qədər türk birliyi naminə bir sıra layihələr həyata keçirib, bu istiqamətdə toplantılara evsahibliyi edib. F.Quliyev hesab edir ki, Azərbaycan bu sahəyə kifayət qədər töhfə verib və bundan sonra da töhfələr vermək iqtidarındadır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasınının (Türk Şurası) ilk toplantısının Naxçıvanda keçirildiyini xatırladan F.Quliyevin sözlərinə görə, Azərbaycan bu şuraya uğurla sədrlik edəcək.
O, əlavə etdi ki, bu layihədə hansısa dövlətin nə qədər səy göstərməsi önəmli deyil, əsas bu layihənin uğurla baş tutmasdır. “Çünki türk etnosunun qurduğu bir neçə cümhuriyyət öz təhlükəsizliyini və inkişafını bu layihəyə bağlayıb, hər kəs də əlini daşın altına salıb. Bu, bir dövlətin işi deyil ki, məsuliyyət yalnız onun üzərinə düşsün və hər şey ondan asılı olsun. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) hansı dövlətin sədrlik etməsindən asılı olmayaraq, bütün türk cümhuriyyətləri bu məsuliyyəti bölüşürlər, bu onların hər birinin fəaliyyətindən asılıdır. Ancaq Azərbaycanın, təbii ki, bu sahədə çox ciddi təcrübəsi var və ölkəmiz həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə səmərəli əməkdaşlıq edən tərəf kimi özünü təsdiqləyib. Bizim ölkədən dəfələrlə bu istiqamətdə təşəbbüslər olub. Bilirsiniz ki, bu məsələ ilə bağlı ilk toplantı da Azərbaycanda, Naxçıvanda keçirilib. Tərəfimizdən də həmişə belə fikirlər səsləndirilib ki, bu inteqrasiya dərin olmalıdır. Bu istiqamətdə Azərbaycan cəmiyyəti tərəfindən çox fikir səsləndirilib. Üstəlik də Azərbaycan rəhbərliyinin də iradəsi odur ki, biz, birmənalı şəkildə, bütün imkanlarımızı səfərbər etməliyik. Türkiyədə zəlzələ olanda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qardaş ölkənin çağırışını gözləməyib artıq hadisə yerində idilər. Başqa məsələlərdə də Azərbaycan həmişə ortaya iradə qoyub. “Barış pınarı” əməliyyatında da Azərbaycan tərəfinin mövqeyi onu göstərdi ki, ölkəmiz bu məsələdə çox maraqlıdır. Ona görə maraqlıdır ki, Azərbaycan ərazisini, daha dəqiq desək, Zəngəzuru ələ keçirmək vasitəsilə Türk dünyasının coğrafi mənada birliyini sındıra biliblər. Azərbaycan bu məsələdə əziyyət çəkən tərəfdir. Ermənilərin Türkiyəyə qarşı qondarma soyqırım iddiasını qaldırmasının, Qarabağ ərazisinin işğal olunmasının kökündə türk etnosunun qurduğu cümhuriyyətlərin mütəşəkkil şəkildə bir yerdə ola bilməməsi dayanıb. Hesab edirəm ki, Azərbaycan məsələlərin mədəni-iqtisadi səviyyədən siyasi müstəviyə keçməsində maraqlıdır. Ölkəmiz beynəlxalq tədbirlərin keçirilməsi, beynəlxalq məsələlərdə və əməkdaşlıqda aparıcı rolda çıxış etmək təcrübəsinə malikdir. Fikrimcə, Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrliyi dönəmində daha ciddi nəticə əldə etmək imkanları var” - deyə F.Quliyev vurğuladı.
İradə SARIYEVA

Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |