05.09.2012 [09:25] - Türk dünyası-Turan, Müsahibə
Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri İsmayil Safi ilə müsahibə
- İsmayil bəy, bu günlərdə Türk Şurası adlandırılan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvə toplantısını necə dəyərləndirirsiniz? Xüsusilə də, birlik bizə nə verəcək?
- Bu türk birliyi 100 ildən çox idi ki, gözlədiyimiz ən böyük arzularımızdandır və şükürlər olsun ki, arzularımız həyata keçməyə başlayır.
Artıq, XX əsrin əvvəllərində güclənməkdə olan birlik ideologiyası nəhayət ki, gerçəkləşmək üzrədir və bununla bağlı praqmatik addımlar atılır.
Onu da qeyd edim ki, birliyin yaranması istiqamətində fəaliyyətlərimizi daha da gücləndirməliyik. Bütün türk dövlətləri birlik və bütövlük yolunda dayanmadan birgə çalışmalıdırlar. Siyasi-iqtisadi və mədəni birliyimiz elə güclü olmalıdır ki, bu birlik sonsuza qədər davam etməlidir. Birliyimiz sarsılmaz sütunlar üzərində dayanmalıdır. Addım-addım hədəfə doğru irəliləməliyik.
Çünki, birləşmək bizim də haqqımızdır. Dilimiz, dinimiz, qanımız və ortaq dəyərlərimiz bizi bir arada birləşməyimiz üçün böyük zərurət yaradır.
- Necə düşünürsünüz birliyin yaranması başqa dövlətləri narahat etməyəcək ki?
- Xeyr. Türk milləti həmişə sülhün yanında olub və onu dəstəkləyib. Bu gün də həmin siyasətin davam etməsində maraqlıdırlar. Biz Avrasiya bölgəsində sülh və əmin-amanlıq içində yaşamalıyıq və bu bizə hava su kimi lazımdır. Bu birliyin yaranmasında bölgədə bu ideyaların güclənməsinə xidmət edəcək. Türk birliyi narahatçılıq yaratmamalıdır. Birgə və bərabər şəkidə əməkdaşlıq edəcəyik.
- Türk birliyinin yaranması Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana hansısa köməyi dəyə bilərmi?
- Təbii ki, türk birliyi Azərbaycanın regionda və dünyada mövqelərinin güclənməsinə böyük təsir edəcək. Çünki Azərbaycan birliyin yaranmasını ilk gündən dəstəkləyən qardaş dövlətdir. Bu yolda da Azərbaycanla birgə addımlayırıq. Türk birliyi Dağlıq Qarabağ məsələsində Azərbaycana mənəvi-siyasi dəstək olacaq.
Dağlıq Qarabağ bir türk torpağıdır və min illərdir ki, Azərbaycan türkləri burada yaşayıblar. Onlar öz torpaqlarına qayıtmalıdırlar. Bu gün türk dünyası Qarabağ məsələsində Azərbaycanın yanında olmaya bilməz. Bu çox önəmli məsələdir və bunu diqqətə almaq lazımdır. Çünki, türk dünyası parlayan ulduzdur və bunun işartısı bütün regiona saçacaq. Bu artıq qarşısı alınmaz prosesdir.
Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1740 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |