Şrift:
Bal beyin fəaliyyətini gücləndirir, diş ətini möhkəmləndirir
18.10.2019 [11:55] - Sağlıq
Orqanik tərkibli qidalardan müntəzəm istifadə etmək sağlamlığa çox müsbət təsir göstərir, çünki onun tərkibi mikroelementlər və vitaminlərlə zəngindir.

Xeyirli qidalardan olan baldan fəsil dəyişikliyi zamanı istifadə etmək daha faydalıdır. Tərkibində böyük miqdarda fruktoza və qlükoza olduğuna görə beynin fəaliyyətini gücləndirir və əmək qabiliyyətini artırır. Balda olan kalium elementi sayəsində bakteriyalar məhv olur. Aclıq hissinin yaranmasının qarşısını aldığı üçün pəhriz reseptlərində ondan istifadə edilir. Südlə qarışdırılıb içiləndə rahat yuxunu təmin edir və bu, insanın beyin-damar sisteminin normal funksiya daşımasına kömək edir. Bal qəbul etmək diş əti və diş minasını möhkəmləndirir.

Diabet xəstəliyindən əziyyət çəkənlərin bal qəbul etməsi məsləhət görülmür.
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed