22.10.2019 [11:09] - Hadisə
Livanda nümayişçilər barrikadalar quraraq ölkənin şimaldan Beyruta girən əsas avtomobil yolunu bağlayıb. Etirazçılar, həmçinin şəhərin içərisindəki bir sıra yollarda şinləri və zibil qutularını yandıraraq avtomobillərin hərəkətinə mane olublar.
Livanda keçirilən ümumi tətil səbəbindən bütün banklar, dövlət müəssisləri, məktəblər, universitetlər və iri mağazalar bağlanıb.
Oktyabrın 17-də Livanda kütləvi etiraz aksiyaları başlayıb. Ertəsi gün axşam saatlarında Beyruta əlavə ordu qüvvələri yeridilib. Güc strukturları Livan paytaxtının mərkəzində etirazçılara qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.
Etirazlara Nazirlər Kabinetinin “WhatsApp” mesencerindən istifadəyə görə ayda 6 dollar vergi, həmçinin tütün məmulatlarına əlavə vergi tətbiq etmək barədə qərarı səbəb olub. Ölkənin Rabitə naziri Məhəmməd Şukeyr oktyabrın 18-nə keçən gecə “WhatsApp” vergisi barədə qərarın ləğv olunduğunu bildirib. Buna baxmayaraq, etiraz aksiyaları səngimək bilmir. Livanın Baş Naziri böhrandan çıxış yolu planını təqdim etmək üçün hökumətə 72 saat vaxt verib. Oktyabrın 19-da Baş Nazirin “Livan qüvvələri” xristian partiyasından olan müavini və üç nazir istefa vermək məcburiyyətində qalıb.

Bu xəbər oxucular tərəfindən 415 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |