Şrift:
İranın “Səhər” televiziyasının Azərbaycandakı müxbiri vaxtından əvvəl azadlığa buraxılıb
05.09.2012 [11:35] - Güney Azərbaycan xəbərləri, Hüquq
Binəqədi Rayon Məhkəməsində həbsdə olan İranın “Səhər” televiziyasının Azərbaycandakı müxbiri Anar Bayramlının vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətinə baxılıb.

Prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, A. Bayramlının müraciəti təmin olunub və o, vaxtından əvvəl azadlığa buraxılıb.

Qeyd edək ki, A. Bayramlı fevralın 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma daşıma) maddəsi üzrə ittiham olunan A. Bayramlı Binəqədi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə A. Bayramlının cəzasını 2 ildən 1 ilə endirib. Daha sonra A. Bayramlı cəzasının yarıdan çoxunu çəkdiyi üçün vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.
Bu xəbər oxucular tərəfindən 1344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed