Şrift:
Ukraynada yeni məscid açılıb
22.10.2019 [11:10] - İslam dini
Ukraynanın Dnepropetrovsk vilayətinin Kamensk şəhərində ilk məscid binasının açılışı olub.

Məscidin inşasında Ukraynada yaşayan azərbaycanlılar da iştirak ediblər.

Tədbirdə şəhər meri Andrey Belousov, Ukrayna Müsəlmanları Dini İdarəsinin müftisi Said İsmagilov, ölkənin müxtəlif şəhərlərindən müftilər, Ukrayna Pravoslav Kilsəsinin nümayəndəsi Dmitriy Povorotnıy, Azərbaycan da daxil olmaqla digər müsəlman icmaların üzvləri iştirak ediblər.

Ukraynada tolerant mühitin olduğunu qeyd edən mer A.Belousov bildirib ki, ilk məscidin açılması tarixi hadisədir və bu münasibətlə Ukraynada yaşayan bütün müsəlmanları təbrik edib.

Müfti S.İsmagilov Ukraynada digər xalqların ibadəti üçün əlverişli şəraitin yaradıldığını vurğulayaraq məscidin inşasında xidməti olan hər kəsə təşəkkürünü bildirib.

Xatırladaq ki, məscidin tikintisi iki ildən çox müddətdə aparılıb. İkimərtəbəli məscid binasında, eyni zamanda, 70-100 nəfər ibadət edə biləcək. Birinci mərtəbədə qadınların, ikinci mərtəbədə isə kişilərin ibadəti nəzərdə tutulub.



Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 1443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed