Şrift:
İtaliyalı alimlərlə görüş
25.10.2019 [09:26] - Gündəm, DAVAMın yazıları
2019-cu il oktyabrın 24-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor, tarix elmləri doktoru Maisə Rəhimova Neapol “Şərq” Unversitetinin Asiya, Afrika və Aralıq dənizi hövzəsi departamentinin İran arxeologiyası və incəsənət tarixi bölümünün rəhbəri, professor Bruno Cenito`nu və İtaliya Yaxın və Uzaq Şərq Tədqiqatları İnstitutunun (ISMEO) elmi əməkdaşı, həmçinin M.V.Lomonosov ad. Moskva Dövlət Universitetində çalışan arxeoloq, kulturoloq, doktor Manuel Kastelluççia`nı qəbul etmişdir. Görüşdə həmçinin, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tədris və beynəlxalq əlaqələr” şöbəsinin müdiri, t.ü.f.d. Səfər Aşurov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımov iştirak edirdilər.

Görüşdə, 2017-ci il iyunun 9-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə İtaliyanın Neapol “Şərq” Unversiteti (Università degli Studi di Napoli “L'Orientale”) arasında beş il müddətinə Arxeologiya sahəsində imzalanmış Birgə Tədqiqat və Təhsil Əməkdaşlığı Anlaşma Memorandumunda nəzərdə tutulmuş müddəaların gerçəkləşməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, imzalanmış memorandumun şərtlərində əsasən birgə arxeoloji tədqiqatların təşkili, arxeologiya ilə əlaqəli interdisiplinar (fənlərarası) araşdırmaların aparılması və arxeometrik sahələr üzrə azərbaycanlı kadrların İtaliyada müvafiq kurslara cəlb edilməsi və d. tədbirlər nəzərdə tutulmuşdur.

Görüş zamanı aparılmış fikir mübadiləsinin sonunda qərara alınmışdır ki, azərbaycanlı arxeoloqlar italiyalı həmkarları ilə birgə Azərbaycan Respublikası ərazisində bir sıra arxeoloji abidələrdə tədqiqatlar üçün beynəlxalq arxeoloji ekspedisiya təşkil etsinlər. Tədqiqatların aparılması üçün nəzərdə tutulmuş abidələr xronoloji baxımdan son tunc – erkən dəmir dövründən son antik dövrədək çərçivəyə aid olacaqlar.

Hal-hazırda italiyalı arxeoloqlar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Səfər Aşurovun və İnstitutun aparıcı elmi əməkdaşı, t.ü.f.d., dosent Mikayıl Mustafayevin müşayəti ilə gələcəkdə fəaliyyəti planlaşdırılmış Azərbaycan-İtaliya beynəlxalq ekspedisiyasının tədqiqat aparacağı abidələrə baxış keçirirlər.



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 652 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed