Şrift:
İran XİN Azərbaycan şairlərinin azadlığa buraxılmasının səbəblərinə aydınlıq gətirib
05.09.2012 [13:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə iki ölkə arasında dostyana əlaqələrə görə azadlığa buraxılıb”.

“Mehr” xəbər agentliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst deyib.

Onun sözlərinə görə, artıq hər iki şəxs Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna təhvil verilib. R. Mehmanpərəst deyib ki, F. Hüseyn və Ş. Hacızadə bir neçə ay əvvəl İrana gələrək qanunsuz əlaqələr qurduqlarına görə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunublar.

Xatırladaq ki, İrana şeir festivalına getmiş F. Hüseyn və Ş. Hacızadə mayın 2-də Təbrizdə həbs olunublar. İran tərəfi uzun müddət azərbaycanlı şairlərin saxlanılması faktını inkar edib. Sonra onların həbsxanada olduğu məlum olub. Azərbaycan Xarici İşlər Nazirliyi hadisəyə aydınlıq gətirilməsi üçün İrana bir neçə rəsmi nota verib.
Bu xəbər oxucular tərəfindən 1312 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed