25.10.2019 [10:14] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli, 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmanda deyilir: “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli, 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının Daxili işlər naziri” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev” sözləri əlavə edilsin”.
Radikal müxalif dairələr bu fərmanı öz düşüncələrinə uyğun şəkildə yozmağa başlayıblar. Onlar iddia edirlər ki, heç bir mühüm əhəmiyyətli vəzifəsi olmadığı halda, R.Mehdiyevin Təhlükəsizlik Şurasının tərkibinə daxil edilməsi ona xüsusi status verilməsi kimi izah edilə bilər. Hətta bununla Konstitusiyanın normalarının pozulduğunu iddia edənlər də var. Hər halda, ölkə başçısı qanunvericiliklə uzlaşmayan hər hansı fərmana imza atmaz. Onda isə radikalların bu yöndə olan “əsaslandırması” ilə bağlı nə demək olar?
Aydın Mirzəzadə: “Prezident kimi hansı vəzifə sahibini ora əlavə etməkdə sərbəst hüquqa malikdir”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, görünür, bunu deyənlər Konstitusiyanı yaxşı öyrənməyiblər: “Ana qanunda yazılır ki, Azərbaycan Prezidenti Təhlükəsizlik Şurasının üzvlərini təsdiq edir. Bu baxımdan da Prezident kimi hansı vəzifə sahibini ora əlavə etməkdə sərbəst hüquqa malikdir. Burada Konstitusiya ilə heç bir uyğunsuzluq görmürəm. R.Mehdiyev zəngin idarəetmə təcrübəsinə malikdir. Onun biliyinə, təcrübəsinə və məsləhətlərinə hər zaman ehtiyac var. O ki, qaldı ölkənin taleyüklü məsələlərinə, burda da R.Mehdiyevin təcrübəsindən istifadə olunacaq. Məhz bunu nəzərə alan cənab Prezident onun adını Təhlükəsizlik Şurasının tərkibinə daxil edib”.
Fərəc Quliyev: “Bəyəm Milli Elmlər Akademiyasının sədri olmaq kiçik vəzifədir?”
Digər millət vəkili Fərəc Quliyev də “Bakı-Xəbər”ə açıqlamasında Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasının tərkibinə daxil edilməsində heç bir qanunsuzluq görmədiyini dedi: “Prezidentin səlahiyyətinə aid olan məsələdir. Zəruri sayılıb ki, R.Mehdiyevin adını ora daxil edib. Qaldı ali vəzifə daşımağa, bəyəm Milli Elmlər Akademiyasının sədri olmaq kiçik vəzifədir? Prezidentin imzaladığı fərmana hər kəs hörmət etməlidir. Zəngin dövlətçilik təcrübəsi olan adamın adını ora daxil etməklə Prezident heç bir qanunsuzluq etməyib. Məsuliyyət də onun üzərindədir, hüquq da”.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 516 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |