Şrift:
Azərbaycan dünya iqtisadiyyatının rəqabət qabiliyyəti reytinqində xeyli yüksəlib
05.09.2012 [14:24] - Xəbərlər, İqtisadiyyat
Azərbaycan dünya iqtisadiyyatının rəqabət qabiliyyəti reytinqində doqquz pillə yüksəlib. İllik reytinq Dünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən tərtib edilir. Bu barədə çərşənbə günü forumun hesabatında deyilir.
Hazırda ölkəmiz reytinqdə 46-cı yerdə qərarlaşıb.
Mövcud göstəriciyə əsasən, Azərbaycan MDB məkanında liderdir. Belə ki, reytinqdə Qazaxıstan 51-ci, Rusiya 67-ci, Ukrayna 73-cü, Ermənistan isə 82-ci yeri tutur.
Azərbaycanla qonşu ölkələrdən Türkiyə 43-cü, İran 66-cı, Gürcüstan isə 77-ci mövqedədir.
Ötən il olduğu kimi reytinqə İsveçrə başçılıq edir.
Bu xəbər oxucular tərəfindən 1449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed