Şrift:
Elman Abdullayev: “Azərbaycan şairlərinin azadlığa çıxması məntiqin və ədalətin bərpası deməkdir”
05.09.2012 [17:35] - Gündəm, Güney Azərbaycan-Təbriz
“Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Əlizadənin azad olunması prezidentin öz vətəndaşlarına qayğısının təzahürüdür”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

O bildirib ki, Fərid və Şəhriyarın azadlığa çıxmasında dövlətin rəsmi mövqeyi ilə ictimaiyyət, o cümlədən KİV arasındakı həmrəylik də önəmli rol oynayıb: “Onların bu gün azadlıqda olması məntiqin və ədalətin bərpası deməkdir”.

E. Abdullayev bu məqsədə nail olmaq üçün böyük iş görüldüyünü və keçirilən görüşlərdə Azərbaycanın günahsız vətəndaşlarının həbsinin ikitərəfli münasibətlərə mənfi təsir göstərəcəyinin qarşı tərəfə çatdırıldığını bəyan edib. O, hazırda F. Hüseyn və Ş. Əlizadənin vətənə qayıdışı üçün sənədlərin hazırlandığını açıqlayıb.
Bu xəbər oxucular tərəfindən 1623 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed