Şrift:
Azərbaycan şahmatçıları qalib gəldi
28.10.2019 [13:07] - İdman
Batumidə keçirilən şahmat üzrə Avropa çempionatının dördüncü turu başa çatıb.


Azərbaycanın kişi şahmatçıları Çexiyadan olan rəqiblərinə 2,5:1,5 hesabı ilə qalib gəliblər.


Azərbaycanın qadınlardan ibarət komandası da analoji uğura imza atıb. Belə ki, şahmatçılar rumıniyalı rəqiblərini hesabda üstələyiblər.


Qeyd edək ki, həm kişilərdən, həm də qadınlardan ibarət Azərbaycan komandası 4 turdan sonra 6 xal toplayaraq turnir cədvəlində 6-cı yeri tutur.
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed