28.10.2019 [16:09] - Gündəm, DAVAMın yazıları
13 dekabr 2014-cü il tarixdə Şamaxı şəhər Mədəniyyət Sarayında Təhsil Şöbəsinin təşəbbüsü ilə Şamaxı Avropa liseyinin (C.Cəbrayılbəyli adına şəhər 5 saylı tam orta məktəbinin) 140 illik yubley tədbiri keçirilmişdir.
Qonaqlar Mədəniyyət Sarayının geniş foyesində təşkil olunmuş sərgi ilə tanış olmuşlar. Sərgidə əks olunan məktəbin zəngin tarixi tanınmış yetirmələrinin fotoşəkilləri, şagirdlərin əl işləri qonaqlar tərəfindən maraqla qarşılanmışdır.
Tədbirdə əvvəlcə rayon icra hakimiyyəti başçısı Asif Ağayevin təbrik məktubu oxunmuşdur. Məktubda qeyud olunmuşdur ki, ölkədə təhsilin inkişafına göstərilən qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil siyasəti bu gün uğurla davam və inkişaf etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında milli təhsilmizin yüksək səviyyəyə qaldırılması yönümündə bütün imkanlardan maksimum səmərəli istifadə olunur. Bu gün rayonda 380 şagird yerlik Mədrəsə qəsəbə tam orta və 80 şagird yerlik Şərədil kənd ümumi orta məktəblərinin tikintisi sürətlə aparılır. Rayon məktəblərinin maddi-texniki bazası gücləndirilir və təhsilin keyfiyyəti günbəgün yüksəlməkdədir.
Şamaxı Avropa liseyinin bir qrup müəlliminə gənc nəsilin təlim-tərbiyəsində əldə etdikləri yüksək nailiyyətlərə və məktəbin 140 illik yubleyi münasibətilə Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı təqdim edilmişdir.
Tədbirdə Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, Bakı Dövlət Universitetinin dosenti Məcid Əfəndiyev, Avropa Azərbaycan Məktəbinin direktoru Graem Pollock , Avropa Məktəbinin müəllimi Nazim Nəsrəddinov, RTŞ-nin müdiri Eyvaz Eminalıyev və başqaları çıxış edərək məktəbin pedaqoji kollektivini, Şamaxı ziyalılarını yubiley münasibətilə təbrik etmiş, müəllifi olduqları kitabları hədiyyə vermişlər.
Həmçinin tədbirdə vaxtilə məktəbin məzunu olmuş Azərbaycan Respublikası Vergilər naziri cənab Fazil Məmmədovun təbrik məktubu oxunmuşdur.
Tədbir iştirakçıları məktəbin keçdiyi yolu əks etdirən xatirələrlə dolu film-xronikaya baxmışlar.
Məktəbin direktoru Məzahir Məmmədov məktəbin tarixindən danışaraq, 2008-ci ildə “ İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuş məktəbdə 3 nəfər “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, bir nəfər “Tərəqqi medalı” və bir nəfər “Şərəf nişanı” ilə təltif olunmuş müəllimin çalışdığını qeyd etmişdir.
Sonda qonaqlar xatirə şəkilləri çəkdirmişlər.
Bu il Şamaxı Avropa Liseyinin yaranmasının 145 yaşı tamam olur.Liseydə bu
münasibətlə görülən işlərlə maraqlandıq.,Məlum oldu ki,təhsil ocağında bu hadisə
tamamilə unudulub. Şəxsən mən bu biganəliyə çox təəccübləndim.
"Şəxsən" sözünü ona görə işlədirəm ki, Şamaxı Avropa Liseyinin 140 illik yubileyini
gündəmə gətirən mən olmuşam.
Mən Bakıda Avropa Azərbaycan Məktəbində kafedra müdiri və müəllim
işləyəndə bu iki məktəbin qardaşlaşması yolunda əhəmiyyətli işlər görmüşəm.Bu, ən çox
ədəbiyyat fənni üzrə 10-cu sinifdə müəyyən dərslərin keçirilməsi zamanı gündəmə
gələn tədris üsulları ilə bağlı idi.
Şamaxı Avropa Liseyi 1874-cü ildə yaradılım Şamaxı Məclis Məkrəbinin xələfidir.
Şamaxı Məclis Məktəbi - öz dövrünün qabil və fazil maarifçilərindən biri, Şamaxı
şəhərində yerləşən Bakı Quberniya Əhli-Təsənni Ruhani İdarəsinin sədri, Şamaxı qazısı
Hacı Səid Əfəndi Ünsizadənin (1842, Şamaxı-1903, İstanbul) təşəbbüsü ilə yaranmışdır.
Məktəbin yaradılmasında Bakı qubernatoru D.Staroselskinin də çalışmalarını unutmaq
olmaz.Məclis Məktəbinin pedaqoji kollektivi Səid Ünsizadənin seçimi ilə
formalaşdırılmışdır.Burada dəərs deyən müəllimlər onun bilik və bacarığına inandığı
müəllimlər idi:Cəlaləddin Ünsizadə,Seyid Əzim Şirvani,Molla Hüseynağa ibn Lətif...
Rus dilinin tədrisi üç yüz manat maaşla şəhərdəki rusdilli məktəbin müəllimi
E.Pirbudaqova həvalə olunmuşdur.Yeri gəlmişkən qeyd edək ki,
S.Ə.Şirvani H.Zərddabiyə göndərdiyi mənzum məktubunda E.Pirbudaqovun
"fikri bikir" eyləyən müəllim kimi qiymətləndirmişdir.Sonralar S.Ə.Şirvaninin dedikləri
düz çıxmış,E.Pirbudaqovun Məclis Məktəbində uzun müddət işləməsinə
yol verilməmişdir.
Məclis Məktəbi yaranmasının ilk aylarında Şamaxıdakı ruhani idarələri, eləcə də varlı
adamlar yeni təhsil ocağının tərəqqisinə öz səxavətlərini əsirgəməmişlər.Lakin sonralar
Səid Ünsizadənin Tiflisə uazunmüddətli ezaiyyəsi, bundan sonra isə Zaqafqaziya Əhli-
Təsənni İdarəsinə üzvlüyə qəbul edilməsi, eləcə də onun ortancıl qardaşının da
Tiflisə daha vacib maarifçilik işləri görməkdən ötrü getməsi Məclis Məktəninin
idarə olunmasını xeyli çətinləşdirmişdir.
Sası dinli E.Pirbudaqov məktəbin idarə olunması
üçün qurduğu planlar baş tutmadığına görə Şamaxıdan uzaqlaşmışdır.Məktəbin bütün
ağırlığı S.Ə.Şirvaninin üzərinə düşmüşdür.Məclis Məktəbinə böyük maddi yardım
göstərənlərin biti olan Kərim bəyin də Şamaxıdan Bakıya köçmsi də Şamaxı mətəbinin
yaxşı idarə olunmasına müəyyən çətinliklr törətmişdir.
...Sovet dövründə bir sıra sahələrdə olduğu kimi, təhsil tarixində də toy generalları
yetişdirmək dəbdə idi.Bu sistem S.Ə.Şirvanini də toy generalı etmişdi.Onu bütün
tədquiqatlarda Məclis Məktəbinin yaradıcısı kimi qələmə verirdilər.Əslində
S.Ə.Şirvaninin belə bir təqdimata ehtiyaçı yox idi. S.Ə.Şirvaninin həm Məclis
Məktəbindəki, həm də şəhər rusdilli məktəbdəki pedaqoji fəaliyyəti onun yaxşı
müəllim kimi tanınmasına hərtərəfli zaəmanət verirdi.
S.Ə.Şirvani fəal müxbiri olduğu "Ziya" qəzetinə göndərdiyi müxbir məktublarında
Məclis Məktəbinini Səid Ünsizadə tərəfindən yarandığını dəfələrlə xüsusilə vurğulayırdı.
Şamaxı Məclis Məktəbi S.,Şirvaninin işlədiyi, M.Ə.Sabirin iki il oxuduğy,
S,M.Qənizadəninməzunu olduğu təhsil ocağıdır.Məktəb uzun illər
ərzində C.Cəbrayılbəylinin adını daşımışdır.
Bu məktəbin yerində tikilmiş məktəb son illərdə Şamaxı Avropa Liseyi
adlandırılmışdır.Əlbəttə, məktəbin adından C.Cəbrayılbəylinin adının silinəsi heç də
təqdirediləsi hal deyil.Bu səhv mütləq düzəldilməlidir.Məktəbə onun yaradıcısınin -Səid
Ünsizadənin adınn verilməsi barədə də düşünməyə dəyər.
Səid Ünsizadənin adınıi lk dəfə rəsmi sənədlərə gətirən ümummilli
liderimiz Heydər Əliyev cənabları olmuşdur.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 18-də imzaladığı
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanda deyilir :
" Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışlar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Səid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır".
Hər bir yubiley görülmiş işlərin hesabatıdır.
Gəlin hesabat verək.
Keçən yubileydən sonra Məclis Məktəbi, onun yaradıcıları, bu qədim təhsil ocağının yeni üsullarla dərs deyən müəllimləri, XIX əsrin ilk türkdilli dərslikləri haqqında çoxlu elmi-tədqiqat işləri aparılmışdır.
İstanbulda Səid Ünsizadənin şəkli və Fatih Camii naziresində qəbri tapılmışdır.Qəbirüstü abidənin ikidilli yazıları çətinliklə də olsa, oxunmuşdur.
İstanbullda 1934-cü il Soyadı Kanunundan sonra ən Ünsi soyadı ilə birgə çox Arkun takma adını daşıyan onlarla Azərvaycan kökənli Ünsizadələrlə ünsiyyət yaratmışıq.
Cəlal Ünsizadə haqqında da yeni məlumatlar toplanmışdır.
Səid Ünsizadənin, Cəlal Ünsizadənin dərslikləri, tərcümələri haqqında geniş filoloji təhlillər aparılmışdır.
Səid Ünsizadənin başçılığı ilə ilk nömrəsi 25 yanvar 1879-cu ildə nəşr edilən
"Ziya "qəzetinn tam dəsti müəyyənləşdirilmiş, "Ziya" qəzeti transfoneliterasiya kitabı haqqında dəqiq elmi mülahizələr elmi iştimaiyyətin diqqətinə çatdırılmışdır.
Xülasə...Şamaxı Avropa Liseyinin 145 illik yubileyində deyiləsi sözlərimiz, fəxr ediləsi işlərimiz çoxdur.
Söz Azərbaycan Respublikasının Təhsil Nazirliyinindir.
İnanmaq olar ki,təhsil tariximizdə özünəməxsus yeri olan Şamaxı Məсlis Məktəbinin-indiki Şamaxı Avropa Liseyinin 145 illik yubileyi ictimai fikir və mətbuat tariximizdə əhəmiyyətli hadisə kimi qiymətləndiriləcəkdir.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,türkoloq
Bakı,
27.10.2019.

Bu xəbər oxucular tərəfindən 6219 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |