06.09.2012 [01:10] - Hərb
Etimad Əsədov: “Bayrağımızı təhqir edən düşmənin öldürülməsi hər bir Azərbaycan əsgərinin, zabitinin borcudur”
Rey Kərimoğlu: “Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz ermənilərə qarşı amansız olmalıyıq”
Ramil Səfərovun Azərbaycana ekstradisiyası və prezident tərəfindən əfv edilməsi son günlər həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ən çox dartışılan mövzulardandır. Ramili qəhrəman sayanlarla yanaşı, onu qınayanlar, tənqid edənlər də yox deyil. Düzdür, ikincilərin sayı kifayət qədər az olsa da, amma ictimai rəyə çıxış imkanları kifayət qədərdir. Bu adamların əsas arqumentləri budur ki, Ramil erməni zabitini ümumiyyətlə qətlə yetirməməliydi və İ.Əliyev onu əfv etməməli idi. (P.S. davam.az Görünür hansısa qranta satılmışların fikridir.)
Mövzu ilə bağlı indiyədək hüquqşünaslar, jurnalistlər, siyasətçilər rəy bildiriblər. Bəs görəsən, bu mövzuda danışmaq haqqı hamıdan çox olan Qarabağ müharibəsində iştirak etmiş tanınmış qazilərimiz nə deyir?
“Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədovun sözlərinə görə, bu, çoxdan gözlənilən bir addım idi: “Biz Ramilin Azərbaycana gətirilərək əfv edilməsini birmənalı olaraq bəyənir, bu məsələdə rolu olanları alqışlayırıq. Ramil belə bir münasibətə layiqdir. Azərbaycanın atributu olan müqəddəs bayrağımızı təhqir edən düşmənin öldürülməsi hər bir Azərbaycan əsgərinin, zabitinin borcudur. Ramil öz borcunu yerinə yetirib. Ramilin erməni zabitini qətlə yetirməsinə bu prizmadan yanaşılmalıdır. Mən Ramil Səfərova cinayətkar deyənləri başa düşə bilmirəm. Belə məsələlərdə bütün Azərbaycan vətəndaşları vahid mövqe göstərməlidir. Ermənilər dünyada ən çox terror həyata keçirən millətlərdəndir. Ancaq tökdükləri qanların qarşısında onlar bunun cavabını almayıblar. Bu gün ABŞ, Qərb Azərbaycandan hesabat istəyir. Bəs ABŞ-ın İraqda, Əfqanıstanda tökdüyü qanların hesabını kim verəcək? Azərbaycan xalqının öz qeyrətli oğluna sahib çıxmasına ürəyi Azərbaycanla döyünən insanlar ancaq sevinə bilər”.
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu da eyni fikirdədir. Onun sözlərinə görə, kimin nə deməsindən asılı olmayaraq, Ramil düz hərəkət edib: “Onun əleyhinə danışanların, demək olar ki, heç biri yurd itkisinin ağrı-acısını yaşamayanlar, əzizləri ermənilər tərəfindən qətlə yetirilməyənlərdır. Ramilin əməlində zərrə qədər səhv axtarmaq dövlətçilik anlayışı bəsit olan şəxslərə aiddir. Çünki o, adi vətəndaş deyildi, Azərbaycan ordusunun zabitidir. Onun yanında Azərbaycan atributlarını təhqir edən gərək aqibətini də düşünəydi. Əslində nə qədər ki, torpaqlarımız işğal altındadır, biz ermənilərə qarşı amansız və barışmaz olmalıyıq. Bu məsələdə nə demokratik dəyərləri, nə humanizm prinsiplərini, nə də beynəlxalq hüququ əldə dəstavüz eləməsinlər. Erməni diasporunun, ermənipərəst dövlətlərin basqısı altında R.Səfərova ”suçundan" çox cəza verildi. Əksini fikirləşənlər, “demokratiya”, “humanizm”, “hüquq” anlayışlarının arxasında gizlənən qorxaqlar və “qrantayed”lərdir. Bəziləri fikirləşir ki, dedikləri üçün heç bir məsuliyyət daşımır. Amma onlar anlasınlar ki, Azərbaycan vətəndaşıdırlar. Vətəndaşlıq məsuliyyəti az yük deyil".
“Qarabağ qaziləri” İB-in daha bir üzvü Firudin Məmmədov isə düşünür ki, R.Səfərovun azad edilməsi son illər Azərbaycanda baş verən ən müsbət olaydır: “Bu işdə xidməti olan hər kəsə təşəkkür düşür. Ramilin ölkəyə gətirilməsi məsələsinin əleyhinə çıxanlara isə sadəcə acıyıram. Özlərini demokrat kimi göstərmək istəyənlər isə görünür, beynəlxalq qurumlar qarşısındakı hansısa maraqlarına görə belə çıxışlar edirlər. Belələri unutmasın ki, Ramil Səfərov o ermənini Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürüb. ”Bayraq haqqında" Qanuna görə, Ramil əgər bayrağı təhqir edənlə bağlı tədbir görməsəydi, ölkəyə qayıdanda cəzalandırılmalı idi. Çünki qanunla Azərbaycan zabiti bayrağı göz bəbəyi kimi qorumalıdır. Ramil qanuni borcunu yerinə yetirib, vətənpərvərlik göstərib, bütün gələcəyini qurban verib Azərbaycan bayrağını müdafiə edib. Bu gün onun Azərbaycana qayıdışına ancaq sevinmək olar. Xalqın ona münasibətinə görə o, heç zaman elədiklərindən peşmançılıq keçirməyəcək, əksinə, şərəf duyacaq. Mən Ramil Səfərovun timsalında tam əmin oldum ki, Vətən üçün verilən bütün qurbanlar nəticə etibar ilə Vətənə də, özünü fəda edən şəxsə də xidmət edir".
HUMAY

Bu xəbər oxucular tərəfindən 1315 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |