06.09.2012 [11:13] - Güney Azərbaycan xəbərləri
İran İpək Yolu ölkələri arasında vizasız rejimin tətbiq olunmasını təklif edir.
İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi "İpək yolu tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, İpək Yolu ölkələri arasında viza rejiminin aradan qaldırılması bu ölkələrin turizim potensialının inkişafına təkan verəcək.
"Tarixi İpək Yolunun əhəmiyyəti çox mühümdür və İpək Yolunun təkmilləşdirilməsinə ehtiyac var", - Musəvi bildirib.
Onun sözlərinə görə, İpək Yolunun canlandırılması ilə həmin yolun üzərində yerləşən ölkələrin insanları arasında sıx əlaqələr qurulacaq.
"Biz - İpək Yolu ölkələri öz turizm potensialımızdan layiqincə istifadə etməliyik", - Musəvi deyib.
O, qeyd edib ki, İpək Yolu ölkələri arasında Şengen vizasının analoqu yaradılmalıdır.

Bu xəbər oxucular tərəfindən 1102 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |