Şrift:
İİR vitse-prezidenti: İran və Azərbaycan arasında əlaqələr bundan sonra daha da inkişaf edəcək
06.09.2012 [11:49] - Güney Azərbaycan xəbərləri
İran və Azərbaycan arasında əlaqələr həmişə yaxşı olub və iki ölkə arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək. Bunu cümə axşamı jurnalistlərə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının (İİR) vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi deyib.
"Bizdə bunu deməyə kifayət qədər fakt və əsaslar var", - Musəvi əlavə edib.
Vitse-prezident dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü və bu görüşdə ikitərəfli əlaqələrin geniş müzakirə edildiyini bildirib.
Musəvi İranda həbs olunan azərbaycanlı şairlərin azadlığa buraxılmasına şərh verməyib.
Bu xəbər oxucular tərəfindən 1082 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed