30.10.2019 [15:38] - Gündəm, DAVAMın yazıları
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Bəhlul İbrahimlinin rəhbərlik etdiyi Xarabagilan arxeoloji ekspedisiyası Plovdağın (Naxçıvan MR, Ordubad rayonu) ətəklərində aparılan arxeoloji qazıntılar zamanı ərazidə aşkar edilmiş İlk, Orta və Son Tunc dövrlərinə aid məskənlər tədqiq edilmişdir.
Bəhlul İbrahimlinin bildirdiyinə görə, cari ildə aparılan arxeoloji qazıntıların əsas məqsədi Plovdağın cənub və şimal ətəklərini əhatə edən iki yaşayış yerinin xronologiyasını müəyyən etməkdən ibarət idi. İndiyə qədər Plovdağın cənub ətəyində Son Tunc dövrünə aid yaşayış evinin bir hissəsi, şimal ətəyində isə, daha əvvəl tapılmış Son Tunc dövrünə aid kurqanların qazıntısı zamanı, onlardan alt təbəqədə aşkar edilən İlk Tunc dövrünə aid yaşayış yerinin az bir hissəsi öyrənilmişdi.
Arxeoloji qazıntı işləri Plovdağın cənub ətəyində yerləşən I yaşayış yerində, dağın iki zirvəsi arasında və Plovdağın şimal ətəyində yerləşən II yaşayış yerində aparıldı. Qazıntıların ümumi sahəsi 320 kv. m. olmuşdur.
I yaşayış yerində 1986-cı ildə aşkar edilmiş və bir neçə otağı tədqiq edilmiş yaşayış evində qazıntılar davam etdirildi. I yaşayış yerində aparılmış tədqiqatlar nəticəsində abidənin iki mədəni təbəqədən ibarət olduğu, yaşayış yerinin Orta Tunc dövrünün əvvəllərində məskunlaşdığı və e.ə. II minilliyin sonlarına qədər davam etdiyi müəyyən edildi. Məlum oldu ki, yaşayış yerində evlər ümumi hasar içərisində yerləşən və ayrı-ayrı girişləri olan otaqlardan ibarətdir.
Orta tunc dövrünə aid evlər dairəvi, Son Tunc dövrünə aid evlər isə, küncləri yuvarlaqlaşdırılmış nisbətən dördkünc planlı otaqlardan ibarətdir. Yaşayış yerindən əldə edilmiş arxeoloji tapıntılar əsasən daş alətlərdən və keramikadan ibarətdir. Keramika içərisində Son Tunc dövrü üçün xarakterik olan boz rəngli mətbəx keramikası və çəhrayı gilli süfrə qabları çoxluq təşkil edir.
Tədqiqatçının qənaətinə görə, bu evlər bir ailənin övladlarına məxsus olmuşdur. Son Tunc dövrünə aid yaşayış evləri daha yaxşı saxlanmışdır.
Məbəd qalıqlarının şərq tərəfində aparılmış qazıntılar burada yaşayış evlərinin olmadığını, dağın ətəyinin birtərəfli, eni təqribən 50-70 sm divarlarla terras şəklində işləndiyini göstərdi. Ən böyük terrasın eni 4,2 metrdir. Divarların nə səbəbdən birtərəfli işləndiyini və terraslardan nə məqsədlə istifadə olunduğunu müəyyən etmək hələlik mümkün deyil. Qazıntı zamanı əldə edilən arxeoloji tapıntılar əsasən daş alətlərdən və az miqdarda keramikadan ibarətdir.
II sahədə qazıntılar üç fərdi yaşayış evində aparıldı. Bir saylı ev dairəvi planda olub divarları 70-80 sm hündürlüyündə salamat qalmışdır. Şərq tərəfi 50 sm enində, 70 sm hündürlüyündə daşla işlənmişdir. Ehtimal ki, bu gil qabların və ərzağın saxlanması üçündür. Otağın şimal tərəfində dairəvi planda (1,2 m) dəhlizi, ortasında dairəvi ocaq vardır. Bu ocaq quruluşuna görə İlk Tunc dövrünün mobil ocaqlarını oxşasa da, ocaq bir dəfəlik işlənmə üçün qurulmuşdu.
Tədqiqatçının ehtimalına görə, tapıntını mobil ocaqların ilkin variantı kimi dəyərləndirmək olar. Qazıntı zamanı ocağın içərisindən samanlı keramika fraqmenti və otağın döşəməsindən İlk tunc dövrü üçün xarakterik olan keramika nümunələri aşkar edildi.
Aşkar edilmiş 2 və 3 saylı yaşayış evlərinin tədqiqi onların eyni dövrün (İlk Tunc) müxtəlif və fərqli tikinti qatlarına aid olması barədə fikir yürüdülməsinə əsas verir. Belə ki, 2 saylı yaşayış evi, 3 saylı yaşayış evindən bir qədər sonrakı dövrə - başqa tikinti qatına aiddir. Bu fikri otağın içərisindən, üst qatdan Orta Tunc dövrünə aid boyalı qab fraqmentlərinin tapılması da təsdiq edir. Tikinti qatlarının vəziyyəti, otaqların quruluşu və arxeoloji tapıntılar göstərir ki, otaqlar arasında zaman fərqi az olmuşdur. Otaqların qazıntısı zamanı İlk Tunc dövrü üçün xarakterik olan keramika nümunələri və xüsusən mobil ocaq qurğularının hissələri aşkar edildi.
Plovdağ yaşayış yerlərində aparılmış arxeoloji qazıntılar nəticəsində müəyyən edildi ki, I yaşayış yeri e.ə. II minilliyin əvvəllərindən sonuna qədər olan dövrü, II yaşayış yeri isə e.ə. IV minilliyin ortalarından III minilliyin sonlarına qədər olan bir dövrü əhatə edir.
FOTOLAR:
1. İlk tunc dövrünə aid yaşayış yeri
2. 1saylı evdə e.ə. IV minilliyin ikinci yarısına aid ocaq
3. 3 saylı otaqda aşkar edilmiş Kür-Araz tipli qulplar, daş alət
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi

Bu xəbər oxucular tərəfindən 6197 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |