31.10.2019 [12:16] - İqtisadiyyat, Türk dünyası-Turan
“Azərbaycan tərəfi Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə sərnişin daşımalara tam hazırdır”.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətindən bildiriblər.
Rəsmi məlumata görə, hazırda bu istiqamətdə istismar edilməsi üçün 9 sərnişin və bir vaqon- restoran olmaqla, 10 vaqon alınıb:
“Daha 10 vaqonun gələn ilin əvvəlində gətirilməsi gözlənilir. Hazırda Bakı-Tbilisi-Qars-Ankara marşrutu üzrə hərəkət edəcək yeni sərnişin vaqonlarının Gürcüstan ərazisində mürəkkəb relyefə malik dəmir yolu ilə təhlükəsiz hərəkətini təmin etmək üçün vaqonlarda və lokomotivdə əyləc sisteminin tam sınaqdan keçirilməsi davam etdirilir. Bu sahədə Gürcüstan dəmir yollarına məxsus lokomotivlərdə əyləc sistemi ilə bağlı problemlər mövcuddur”.
Həmçinin qeyd olunub ki, məsələ yaxın vaxtlarda həllini tapmasa, Azərbaycan bu istiqamətdə dəstəyini təklif edəcək.

Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |