06.09.2012 [12:42] - Gündəm, Bildiriş
Yaxın günlərdə ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədovanın verdiyi məlumata görə, sentyabrın 7-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur gecə 17-21, gündüz 26-29 dərəcə isti təşkil edəcək.
Sentyabrın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 26-29 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində sentyabrın 7-də gecə və səhərə şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Sentyabrın 8-də gecə və səhər bəzi yerlərdə duman-çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 7-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlar üçün əlverişsiz olsa da, sentyabrın 8-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

Bu xəbər oxucular tərəfindən 1351 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |