31.10.2019 [12:23] - Mədəniyyət
Ukraynanın ikinci böyük şəhəri olan Xarkov şəhərində Nizami Gəncəvi adına parkın açılması və orada dahi mütəfəkkirin heykəlinin ucaldılması planlaşdırılır.
Azərbaycanın Ukraynadakı Səfirliyindən bildirilib ki, bu barədə ilkin razılaşma Xarkov şəhər meri Gennadi Kernes ilə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev arasında keçirilən görüşdə əldə edilib.
Görüşdə A. Xudiyev bildirib ki, səfirlik Xarkov şəhərində Azərbaycan parkının açılmasına investisiyanın qoyulmasına hazırdır.
“Azərbaycan və Ukrayna arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də uğurlu birgə layihələr həyata keçirilir. İki ölkənin regionları arasında əməkdaşlıq daha da gücləndirilməlidir”, - deyə səfir əlavə edib.
G. Kernes bildirib ki, Xarkov şəhərində metropolitenin yenilənməsi, yeni metro xətlərinin açılması, parkların salınmasında Azərbaycan şirkətlərinin iştirakında maraqlıdırlar: “Xarkovda infrastruktur layihələrin işində Azərbaycan şirkətlərini iştirak etməyə çağırıram. Biz bilirik ki, Azərbaycanda uğurlu infrastruktur layihələr həyata keçirilir. Azərbaycan modelinin Xarkovda tətbiqində maraqlıyıq”.
Görüşdə azərbaycanlı tələbələrin Xarkovda təhsil məsələləri və digər qarşılıqlı maraq doğuran mövzular da müzakirə edilib.

Bu xəbər oxucular tərəfindən 342 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |