Şrift:
“Qarabağ” klubunun UEFA Avropa Liqasındakı rəqibi “Sevilya” ölkə çempionatında xal itirib
31.10.2019 [12:33] - İdman
Oktyabrın 30-da futbol üzrə İspaniya La Liqasının XI turunda “Sevilya” komandası səfərdə “Valensiya”nın qonağı olub.

“Mestalya” stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Matçın birinci hissəsinin sonunda (45+3) qonaqlar Lukas Okamposun qolu ilə hesabda irəli çıxsalar da 81-ci dəqiqədə Ruben Sobrino komandasını məğlubiyyətdən xilas edib.

Turun digər qarşılaşmasında isə “Real Madrid” doğma meydanda çempionatın autsayderi “Leqanes”in qapısından 5 cavabsız top keçirib. Madridlilərin qollarını Rodriqo (7), Toni Kroos (8), Sergio Ramos (24), Kərim Benzema (69) və Luka Yoviç (90+1) vurublar.

Hazırda turnir cədvəlinə 22 xalla “Barselona” klubu liderlik edir. “Real Madrid” 21 xalla ikinci pilləyə yüksəlib. “Sevilya” isə 20 xalla beşinci pillədə qərarlaşıb.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Atletik Bilbao” – “Espanyol” - 3:0;

“Real Sosyedad” – “Levante” - 1:2;

“Real Betis” – “Selta Viqo” - 2:1.
Bu xəbər oxucular tərəfindən 379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed