01.11.2019 [10:39] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Milli Şuranın noyabrın 2-ə təyin etdiyi qanunsuz aksiya öz ideyaları deyil idi. Bu aksiya xarici dövlətlərin tapşırığı ilə təyin edilmişdi. Anladılar ki, aksiyaya gələn adamlar olmayacaq, dərhal ləğv etdilər".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının lideri, deputat Fərəc Quliyev bildirib.
Deputat deyib ki, ümumiyyətlə Milli Şuranın istəkləri xalqın tələbi və milli deyil:
"Milli Şura nə istədiyini heç özü də bilmir. Yeganə məqsəd qanunsuz aksiyalar təyin etməklə, xaricdən qerantlar almaqdır. Ara yerdə yazıq 5-10 nəfər aldadılmış insan zərər çəkir. Mənim o adamlara yazığım gəlir. Milli Şura həmin insanları aldadaraq, onları qanunsuz aksiyalara çağırır, onların duyğuları ilə oynayır. Kiçik sosial problemlər hər bir dövlətdə olur, dünyada problemsiz ölkə yoxdur. Ancaq insanların duyğuları ilə oynamaq, onlara yalan vədlər vermək yolverilməzdir. Milli Şura saxta çağırışlarla insanları aşağılayır, onlara yalan vədlər verir".
F.Quliyev qeyd edib ki, Milli Şura yarandığı gündən bəri stəkanda fırtına yaratmaqla məşğuldur:
"Əslində, Milli Şura ölü bir təşkilatdır, onu gündəmdə saxlayan və şişirdən mətbuat özüdür. Axı onlara kim əhəmiyyət verir? Biri çıxıb yolu kəsir, biri də küçəyə çıxıb gücənə-gücənə gedir, heç kəs ona toxunmur, amma yalandan hay-küy salır. Məcburən deyil ki, insanlar Milli Şuranın aksiyalarına gəlmirlər. Mən ötən dəfə də hökumətə çağırış etdim ki, tapşırıq verin, ora polis gəlməsin, görək bunların mitinqinə kimdir gələn! Hər binada ən azı 500-600 nəfər yaşayır. Amma bunlar binaların qabağında aksiya keçirirlər, amma heç kəs onlara gəlib qoşulmur. Hətta, eyvandan belə bir nəfər çıxıb onlara dəstək vermir. Həmin mitinqlərə gələnlərin əksəriyyəti də polislər və jurnalistlərdir. Mən jurnalistlərə müraciət edərək deyirəm ki, Milli Şuranın qanunsuz aksiyalarına getməyin, onların sayını artırırsınız! Çünki Milli Şuranın Azərbaycan cəmiyyətinə və siyasətinə heç bir bağlılığı yoxdur. Onlar bir maşadır. Milli Şuranı gah Rusiya, gah da Qərb əlində oynadır. Necə ki, ötən əsrin 80-ci illərdə SSRİ PKK-nı yaradaraq, ABŞ ilə bərabər istifadə etdi, indi də Milli Şura da xarici dövlətlər tərəfindən belə istifadə olunur".
Elçin Rizvanoğlu
Demokrat.az

Bu xəbər oxucular tərəfindən 452 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |