Şrift:
Azərbaycan parataekvondoçusu 4-cü dəfə Avropa çempionu olub
01.11.2019 [12:19] - İdman
İtaliyanın Bari şəhərində parataekvondo üzrə Avropa çempionatı keçirilib. Yarış Azərbaycan millisi üçün uğurlu alınıb. Yığmanın heyətində Aynur Məmmədova bütün rəqiblərini məğlub edib. Nəticədə +58 kq çəkidə mübarizə aparan paratakvondoçu dördüncü dəfə Avropa çempionu tituluna yiyələnib. O, bu qələbə ilə Tokio-2020 Paralimpiya Yay Oyunlarında iştirak etmək üçün növbəti lisenziya xallarına da sahib olub.

DAVAM. AZ
Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed