Şrift:
Azərbaycanda Şahmat Olimpiadası və Dünya Kubokunun keçirilməsi müzakirə olunacaq
06.09.2012 [16:30] - Gündəm, İdman
Azərbaycanda şahmat üzrə Dünya Kuboku və şahmat olimpiadasının keçirilməsi Türkiyədə müzakirə olunacaq.
Azərbaycan Gənclər və İdman Nazirliyindən cümə axşamı verilən məlumata görə, sentyabrın 7-9-da İstanbul şəhərində keçiriləcək Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasında 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarışının və 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi ilə əlaqədar təqdimatın edilməsi və çıxış nəzərdə tutulub.
Bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov Türkiyəyə rəsmi səfərə yollanıb.
Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinovun Azərbaycana səfəri zamanı Azərbaycanda 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarışının və 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi barədə ilkin razılıq əldə olunmuşdu.
Bu xəbər oxucular tərəfindən 1229 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed