25.10.2011 [13:07] - Mədəniyyət
Ey dili qafil fil faili məchul fani f...
İçərişəhərdə Seyyid Yəhya Bakuvinin məzarının da yerləşdiyi məsciddə iki minarə zurnaya, qoşa künbəzlər isə nağaraya bənzədilmişdi
Getdikcə dünya insanının hansısa mədəniyyət içərisində sahib olduğu bilgilərin şifrələri açılmağa doğru gedir. Elmdə də qabarmalar, çəkilmələr, qapalılaşmalar, açılmalar baş verir. Əsrlər geçdikcə biz əsl elmə yaxınlaşırıq. Elmə yaxınlığımızı bizlər bilmədən, planlı şəkildə reallaşdıra bilmirik, həm insanlıq vasfı baxımından bu mümkün də deyil. Çünki insan zəkasının tutumu buna müsaid deyil, uyğun deyil. Məsələn, rəssamlıq, əslində, bir elmdir. Memarlıq, əslində, bir elmdir. Ancaq biz bu elmləri əzbərlənmiş variantda qəbul edirik. Hazır versiyalar insan zəkasının toxumalarında heç bir qığılcım oyatmadan əsl hədəfdən yayındırmaqla asan başa düşülən, gözün görüb, ağlın kəsdiyi arqumentlərə bizləri iştahlandırır.
Bizim rəsm, memarlıq kimi, şeir kimi baxdığımız insanlığın zəka, qabiliyyət faktorlarının rəssamlıqdan, memarlıqdan, şeirdən çox başqa, deyə biləcəyimiz bir digər iri faktlara dəxli var. Eləcə də musiqinin... insan oğlu musiqiyə yalnız zövq oxşayıb, coşqunluğunu təmin eləmək üçün əsrlərini, mədəniyyətini, ilahidən verilmə bilgi imkanlarını xərcləməyib. Musiqini həm də onu aparacağı ən uzaq yolda sürət, hazırlıq, təhlükəsizliyini təmin etmək baxımından da yaratma cəhdləri olub. Eləcə də muğam şərq xalqları, o cümlədən türk mədəniyyətinin oluşması üçün misilsiz xidmətləri ilə bərabər, həm də bu “mədəniyyətdə daha böyük zamanlar üçün hazırlıq gördüyü alt zəmini” (Rena Genon) göstərməyi bacarmışdır. Elə rəssamlıq ekolları, akımları, cərəyanları var ki, onları dərk etməklə kosmik aləmləri anladığımız kimi, şərq muğamları, eləcə də türklərin oxuduğu muğamların vasitəsi ilə metafizik aləmlərdən informasiya əldə eləməklə yanaşı, mədəniyyətimizin digər bir yönünə də işıq tutmaq mümkündür. Məsələn, memarlıq məsələlərinə. Içərişəhəri görən, dərk edən olsa, görər ki, Içərişəhərdəki bütün memarlıq kompleksi musiqi sistemi əsasında inşa edilmişdir. Birinci, bu vasitəçilik nədən, hardan qaynaqlanır? İkinci olaraq, musiqinin bir mədəniyyət müstəvisində digər bir mədəniyyətinin növünün ortaya çıxması, dərk olunmasında amac nədən ibarət ola bilər ki? Konkret olaraq, İçərişəhərdə Seyyid Yəhya Bakuvinin məzarının da yerləşdiyi Şirvanşahlar sarayının altındakı məscidə diqqət edin. Iki minarə zurnaya, qoşa künbəzlər isə nağaraya bənzədilmişdi. Diqqətli olsanız kamançanın, tarın da rəsmlərini arxitektonik şəkildə görəcəksəniz. Bu nə deməkdir? Bu o deməkdir ki, millət, etnos musiqi dediyini arixitektorluğunda, arxitektorluğunu musiqidə şifrəliyib, paylaşdırıb. Hardasa varlıq imkanlarını varolmanın uzun zamanına daşınmaq baxımından “yad dağıdıcılığı” yayındırmağı, qorunmağı, digər yöndən də sakral gücünü fərqli mədəniyyət faktorlarına paylamağı bacarıb. Əslində sözün mənası ilə bir musiqinin, bir memarlığın, cizginin mahiyyət etibarı ilə heç bir fərqi yoxdur. Kökdə eynilik, qaynaqda birlik var. Yəni, mədəniyyətin iki başı olmur. Sadəcə, mədəniyyətin bir başlanğıcından çıxan xətlər başqa bir tərəfində yığılmalı, ələ alınmalı, digər tərəfindən çıxan başqa, fərqli bir xətt də başqa bir səmtində, tərəfində yığılmalı, ələ alınmalıdır. Bu mədəniyyətin eynən ekvator xəttini, meridian xəttini oluşduracaq bir bütövlük yaratması baxımından çox, ama çox önəmlidir. Bunu düşünmədən edirlər. Başlanğıcda heç bir dahiyanə sistem bir ağlın məsulu ola bilmir. İnsan oğlu düşüncə və təfəkkürünü kosmik sistemə uyğun - düzgün qurduğu zaman sonuc mədəniyyətə dönüşünü verimli edir. Mədəniyyətin meridian və ekvator xətləri oluşmağa başlayır. Mədəniyyətin qoruyuculuq missiyası isə müəyyən dönəmlərdən sonra etnosu qorumağa, hifz eləməyə səy göstərər. Yəni öncə yaranır, mədəniyyəti sonra etnos inkişaf elətdirir, sonra mədəniyyəti etnos qorumağa başlayır, sonra o mədəniyyət etnosu mühafizə etməyə başlayır. Sonucda bu proseslər etnoslara, millətlərə uyğun və millətlərin yerləşim məkanlarına uyğun İlahi energetikanın saflaşması, durulması yolunda atılan addımlara gətirib çıxarır.
***
Bayatı- Şiraz muğamlar içərisində maraq oyadan “boylardan” biridir. Muğam səsin dastanı, daha doğrusu etnosların ritm, səs eposudur. Çünki yazılı, sözlərimizin- Kitabi Dədə Qorqud, Koroğlu kimi eposlarımızın mahiyyəti millətin zəka süjetini, zəka, şüuraltı konfliktlərini, macəralarını canladırmaq kimi ecazı varsa, Muğamın, yəni millətin səs, ritm eposunun ruhsal, ruhu macərasını, alt kimliyini də ondan betər rəsm eləmək imkanı vardır.
Azərbaycan türklərinin də səs macərası, konflikti, savaşı, taleyi onun səs eposu olan Muğamları ilə təcəssüm edə bilməyindədir. Mədəniyyətin bütövlüyü bir tərəfdən də kosmoqonikliyini, metafizik köklərə dayatmasını onun sözlü eposları ilə birgə səsli eposları ilə də tamlaşır, bütövləşir. Bu aspektdən yaxınlaşsaq Azərbaycan türklərinin mədəniyyət kimliyinin oluşumu sözlü eposlardakı yolçuluğun bu ladın alt qatındakı səslə, millətin səsli eposuyla da müşayət olunur, oluna bilir.
Dədə Qorqud eposu bədən gözəlliyini, Muğam eposu isə iç, ruh gözəlliyini yansıtan bütövlük təşkil edir.
Bayatı- Şiraz da Muğam eposumuzun bir boyu, dastanı olaraq gözəl gəlin mahiyyətinə yiyəlik eləyir. Bu boyu danışan kifayət qədər səs dastançılarımızın içində Xan Əmini, Seyid Şuşinskini, Arif Babayevi, Mütəllim Mütəllimovu və başqalarını örnək göstərmək mümkün.
***
Qısa bilgi: “Bayatı - Şiraz” Azərbaycan musiqisində yeddi əsas muğamdan biridir. “Bayatı-Şiraz” adına həm müstəqil muğam dəstgahı, həm də eyniadlı məqam- lad mövcuddur. “Bayatı-Şiraz”-ın bütün təsnif və rəngləri, bir çox xalq mahnıları və rəqsləri məhz “Bayatı-Şiraz” dəstgahına- ladına əsaslanır. Üzeyir Hacıbəyov “Bayatı-Şiraz” haqqında yaqzır:”Bədii-ruhi təsir cəhətdən... “Bayatı-Şiraz”ı dinləyicidə qəmginlik hissi oyadır”.
Mirzə Fərəcin tərtib etdiyi muğam dəstgahları içərisində “Bayatı-Şiraz” dəstgahı 17 şöbə və guşədən ibarətdir:
Hazırda “Bayatı-Şiraz” muğam dəstgahının məcmusunu 8 şöbə və guşə təşkil edir:
1. bərdaşt
2. zil bayatı-şiraz
3. Mayeyi - Bayatı-Şiraz
4. xavarən
5. Nişibi-fəraz
6. Hüzzal
7. Bayatı-İsfahani
8. Dilruba
***
Muğamın bu şöbəsinin adında iki söz- Bayatı və Şiraz- tanış anlamlar kəsb edir. Bu gün istənilən məsələnin mahiyyətini ehtiva edən sözlərin mənası, problemi, qoyulan mövzunu çözmək baxımından ən sərfəli, ən maraqlı, ən düzgün, kəsə yol hesab olunur.
Bayatı şifahi xalq ədəbiyyatımızda şeir növlərindən biridir. Türklərin Bayat boyu da məlum. Hətta Məhəmməd Füzulinin bu türklərin Bayat qəbiləsindən gəldiyi şəksiz. Hətta Kitabi Dədə Qorqud dastanlarının ilk cümləsi belə başlayır: “ Məhəmməd əleyissalam dönəmində Bayat Boyundan Qorqud Ata derlər bir ər qopdu” -dakı Bayat boyu da türklərin bu sözün varlığında gizlətdiyi sirlə az yaxınlıq eləmir.
Məncə, Bayat sözünün etimoloji açılımını bay-at, bay- od, boy-at kimi də yozuma çəkmək mümkündür.
1. Bay-at, yəni boy-od, bay-bəy- böyük deməkdir. Od da atəş, od, alov, ocaq kimi çalara sahibdir. Bayat adının da mənasına böyük od deyilməsi, Azərbaycanın başqa variant və səslənişdə adıdır. Türklər işığı sevmiş, ocağa həm törə olaraq, həm də simvol, qoruyucu ruh kimi baxa bilmişlər.
2. Şiraz sözü də yer adıdır. Türklərin yerləşim məkanlarından biri də Şirazdır. Muğamın ən önəmli şöbəsinin birinin adının bir baş yer adıyla, etnos kimliyi ilə bağlı olması bəri başdan adamda rahatlıq yaradır. Muğamın maqlarla əlaqəsini ortaya qoysaq, Bayatı Şiraz şöbəsinin də odla, atəşlə bağlılığı alov dillərinin düşdüyü yeri yaxdığı təsirini bağışlayar. Yaralı olmaq, kədərə tutulmaq, ağrıya dözüm göstərmək kimi insani və daxili məziyyətlər Muğamın bu şöbəsində, qolunda daha təsirli, etgilidir.
***
Kitabi Dədəm Qorqud dastanları epos olaraq necə ki, bir xalqın, millətin bütün mənəvi dəyərlərini, mədəniyyət etnoqrafiya, din, dil, tarix salnaməsini əks elətdirirsə, Muğam -lar da eləcə səsli dastanlarımız olaraq milli mədəniyyətimizin ruh, iç, metafizik əxlaqını, salnaməsini göstərir. Əslində, Dədəm Qorqudun alt yapısı, içsəl mətninin söz yaradan, mətn ortaya qoyan qatı muğamlardadır. Dədəm Qorqud eposundakı istənilən boyun süjeti, ordakı obrazlar, əhvalatlar Muğamdakı “Bayatı-Şiraz” şöbəsinin bütün sözlü vaqeəsini canlandırır, dirildir.
Xanəmir TELMANOĞLU

Bu xəbər oxucular tərəfindən 2944 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |