05.11.2019 [10:03] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
3 noyabrda Türkiyədə AKP-nin hakimiyyətə gəlməsindən 17 il ötdü. Hazırkı Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi bu hakimiyyətin uzun zamandır iqtidarda qala bilməsinin səbəbləri ilə bağlı ən müxtəlif mövqelər səslənir.
Heç şübhəsiz ki, istənilən iqtidar üçün 17 il dövlətə rəhbərlik etmək böyük uğurdur. Türkiyədə bu daha çox Ərdoğanın güclü siyasətçi olması ilə əlaqələndirilir. Eyni zamanda, bu illər ərzində qardaş ölkənin daha da güclənməsinin, sərhədlərinin təhlükəsizliyini gücləndirməsinin, ən əsası, dünyada əsas söz sahibinə çevrilməsinin AKP-nin bu qədər iqtidarda qalmasına səbəb olduğu vurğulanır. Bundan sonra Ərdoğan hakimiyyətinin nə qədər iqtidarda da müzakirə mövzularından biridir.
Çünki bu il keçirilən bələdiyyə seçkilərində AKP əsas müxalif rəqibi CHP-yə böyük şəhərlərdə məğlub olub.
AĞ Partiya başqanı Tural Abbaslı Ərdoğan iqtidarının qarşıdakı illərdə hakimiyyətdə qalmasının o qədər asan olmayacağını düşünür: “Bu illər ərzində AK partiya iqtidarı müxtəlif təhlükələr, təhdidlər və çətinliklərlə qarşılaşdı. Buraya daxili xain qüvvələrin yaratdığı problemləri də, Türkiyəni öz nəzarətində saxlamağa çalışan xarici ölkə və güc mərkəzlərini də aid etmək olar. Lakin Ərdoğan iqtidarı gücünü ancaq və ancaq xalqdan aldığı üçün bu əngəllərin öhdəsindən bacarıqla gəldi. Beləliklə onlar nəinki öz iqtidarlarını qorumağı bacardılar, həm də Türkiyəni bir dövlət olaraq təhvil aldıqlarından daha böyük və daha güclü edə bildilər. O da doğrudur ki, dünyadan və daxildən bu iqtidarın demokratik dəyərlərə sadiqliyi hər zaman mübahisə predimeti kimi qaldırıldı. Lakin, şəxsən mən düşünürəm ki, dəfələrlə ədalətli, şəffaf seçkilərdə öz xalqından birmənalı və tam dəstək alması bütün bu deyilənlərin boş təbliğat olmasının ən bariz göstəricisidir. Ümumiyyətlə, AK partiya iqtidarının uğurlarını görmək üçün Türkiyənin hazırda istər regionda, istərsə də dünyada tutduğu mövqeyinə nəzər salmaq kifayətdir. Mən hələ detallara enərək iqtisadi göstəricilərin, ÜDM-nin, büdcə gəlirlərinin, hərbi xərclərin və sair bu kimi göstəricilərin rəqəmli qarşılıqlarını səsləndirmirəm. Bu illər ərzində AKP hakimiyyəti xarici dəstəkli iqtisadi hücumların, daxili gərginlik və qarşıdurma yaratmaq üçün rəngli inqilab cəhdlərinin, hakimiyyətdaxili saray çevrilişlərinin, müxtəlif növ sabotaj və təxribatların, terror təşkilatlarının pozuculuq və ekstremist fəaliyyətlərinin və nəhayətində ordunun içindəki agent və vətən xainlərinin iştirakıyla hərbi qiyam cəhdinin qarşısını məharətlə ala bildi. Hər hansı ikinci bir iqtidar və ölkəyə bu qədər basqı və təxribat edilsəydi, nəinki iqtidarlar dəyişərdi, hətta ölkə dağılardı. Lakin qardaş Türkiyə bu imtahanlardan nəinki dağılmadan, zəifləmədən, tam əksinə güclənərək çıxdı.
Tural Abbaslı: “Gənc seçici kütləsinin tələblərini qarşılamaq AK partiya üçün asan olmayacaq”
Siyasi ideologiyasından, AK partiyaya və şəxsən Ərdoğana münasibətinin necə olmasından asılı olmayaraq istənilən ədalət sahibi olan insan dediklərimi təsdiq edər. Həmçinin siyasətlə məşğul olan istənilən şəxs üçün aydın məsələdir ki, 17 il demokratik seçki yolu ilə hakimiyyətdə qalmağı bacarmağın özü xüsusi istedad, bacarıq və qabiliyyət tələb edir. Ən azından bu göstərici AK partiyanın necə bir siyasi fenomen olduğunun göstəricisidir. O ki, qaldı AK partiya bundan sonra hələ nə qədər hakimiyyətdə qalmağı bacaracaq, bunu zaman göstərəcək. Hər şeyin saatlar, dəqiqələr deyil, hətta saniyələrdə belə dəyişə bildiyi bir zamanda mövqelərini qorumaq o qədər də asan məsələ deyil. Hələ nəzərə alsaq ki, AK partiya iqtidara gələn illərdə 1-2 yaşı olan və ölkənin hansı ağır vəziyyətdə olduğunu şəxsi həyatında hiss etməyən gənc seçici nəsil yetişib. Artıq onlara AK partiyanın hakimiyyətə gəldiyi illər maraqlı deyil, onlar hazırkı həyatlarının daha da yaxşılaşmasını tələb edəcək. Onlar üçün bu günün uğurları artıq yenilik deyil adi reallıqlardır. Onların əvvəlkilərlə müqayisə etmək üçün təcrübələri yoxdur. Təbiidir ki, belə bir gənc seçici kütləsinin tələblərini qarşılamaq AK partiya üçün asan olmayacaq. Bu nəsil təcrübəsizliyinə və gəncliyin verdiyi inqilabi, üsyankar ruh vəziyyəti ilə istənilən populist, boşboğaz siyasətçilərin və partiyaların təsirinə düşüb onlara səsə verə bilər. Necə ki, bunun gözəl nümunəsini Türkiyədə keçirilən son bələdiyyə seçkilərində gördük. AK partiya öz yanlışlıqlarını görməyi, bu yanlışlıq və çətinliklər üzərində işləyərək onları aradan qaldırmağı və müasir çağırışlara adaptasiya olmağı bacaran çevik bir partiyadır. Odur ki, inanıram ki, AK partiya hələ çox onilliklər qardaş Türkiyə siyasi areanasının reallığı və hesablaşmalı olan siyasi qüvvəsi olacaq”.
Fərəc Quliyev: “Bu qədər hakimiyyətdə qalmaq çox normal bir məsələdir”
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev AKP-yə uğurlar arzuladı: “Əvvəla, cənab Ərdoğana və onun partiyasına uğurlar arzulayıram. Əgər etimad qazanırsa, seçicilərin səsini almağı bacarırsa, burada il əsas deyil. Burada əsas olan seçkilərin necə keçirilməsidir. Türkiyədə çox demokratik seçkilər keçirilir. Milli iradə AKP-nin iş başında olmağını məqsədəuyğun hesab edir. Belə də olub. Bu məsələlərə sayğı ilə yanaşırıq. Çox təəssüflər olsun ki, Azərbaycanda qəribə bir mühit vardır. Bəzi müxalif qüvvələr siyasi rəqabəti düşmənçilik kimi ortaya qoyurlar. Amma Türkiyədə belə deyil. Qardaş ölkədə dövlətçilik məsələsi ortaya çıxanda, dövlətin milli maraqları söz konusu olanda, bütün qüvvələr bir araya gəlməyi bacarır. Son illərdə Türkiyə həddindən artıq gərginlik yaşadı. Qlobal siyasətin burada toqquşması, Türkiyəyə qarşı yönəlmiş təhdidlər, onu açıq şəkildə parçalamaq niyyətləri, Orta Doğu siyasətində beş dövlətdən 12-ni yaratmaq və bunun əsasən, Türkiyə ərazisində olması istəklərinin özünü büruzə verməsi halları baş verdi. Bu zaman qardaş ölkənin özünü qoruma istəkləri ortada oldu. Xüsusilə, müxalif partiyalar nə qədər bir-birilərinə qarşı sərt mövqedə olsalar da, dövlətçilik məsələsində Ərdoğanla, AKP iqtidarı ilə bir yerdə olmaq yolunu seçdilər. Son 17 ildə xeyli dərəcədə iqtisadi, siyasi cəhətdən də uğurlar əldə olundu. Hesab edirəm ki, bu qədər hakimiyyətdə qalmaq çox normal bir məsələdir. Əgər bundan sonra AKP iş başında olacaqsa, buna heç təəccüblənməyə dəyməz. Bu günləri təhlükəsizliyini, xüsusilə, sərhədlərinin təhlükəsizliyini təmin edən bir Türkiyə iqtisadi cəhətdən də müəyyən revanşlar əldə edə biləcəksə, uğur qazanacaqsa, yenidən seçicilərin səslərini əldə edə bilər. Burada təəccüblü bir şey görmürəm. Hər halda seçici öz sözünü deyir. Orada fəaliyyət göstərən müxalif partiyalara da normal yanaşıram. Məsələn, Türkiyənin əsas şəhərlərində bələdiyyələri CHP udub. AKP üçün növbəti seçkilərdə CHP ilə yarışmaq elə də asan olmayacaq. Bütün hallarda bizə o qalır ki, Türkiyəni inkişaf etmiş, yaxşı proqramlarla irəli aparan bir partiya idarəçilikdə iş başında olsun. Xalq kimə etimad göstərəcəksə, biz də ona sayğı ilə yanaşacağıq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 760 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |