Şrift:
Bakıda hərbi tibb mütəxəssislərinin işçi görüşü keçirilir
06.11.2019 [10:21] - Hərb
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi tibb xidməti mütəxəssislərinin işçi görüşü başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi tibb sahəsində əməkdaşlıq çərçivəsində Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Türkiyə təmsilçisi polkovnik Yusuf Gündoğdu və Gürcüstan nümayəndəsi polkovnik Avtandil Abaşidzenin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşüb.
Görüşdə Azərbaycan Ordusunun tibbi təminatının strukturlarına dair brifinqlər iştirakçıların diqqətinə təqdim olunub, əməkdaşlıq sahəsində mövcud qabaqcıl təcrübələrin öyrənilməsi və birgə fəaliyyətlər planının hazırlanması mövzusunda fikir mübadiləsi aparılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 365 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed