Şrift:
MDB Daxili İşlər Nazirləri Şurasının sədrliyi Azərbaycana keçdi
07.09.2012 [10:41] - Xəbərlər
Cümə günü Bakıda öz işinə başlayan MDB üzvü olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) iclasında MDB ərazisində mütəşəkkil cinayətkarlıq və cinayətkarlığın başqa təhlükəli növləri ilə mübarizə üzrə Əlaqələndirmə Bürosunun rəhbəri Nikolay Ovçinnikov MDB DİNŞ-nin sədrliyinin Azərbaycanın daxili işlər naziri Ramil Usubova keçdiyini elan edib.
Öz çıxışında Usubov bildirib ki, zamanın və yaranmış təcrübənin sübut etdiyi kimi, MDB DİNŞ-nin formatında əməkdaşlıq daim möhkəmlənir, iştirakçı dövlətlərin və xalqların xeyrinə yeni konkret məzmun alır.
"Əminəm ki, bu proses eyni dərəcədə pozitiv davam edəcək. Formatda əməkdaşlıq müasir çağırışlara və təhlükələrə əks-təsirə adekvatdır, beynəlxalq terrorizmlə və mütəşəkkil millətlərarası cinayətkarlıqla mübarizədə müvəffəqiyyət birlikdə, qarşılıqlı anlaşmada və insanların dinc həyatının müdafiəsi üçün birgə fədakar səylərin tarazlığındadır", - azərbaycanlı nazir deyib.
Bu xəbər oxucular tərəfindən 1191 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed