07.11.2019 [12:03] - Mədəniyyət
Beynəlxalq Mətbuat Mərkəzində “Xocavənd rayonunun memarlıq abidələri” sənədli filminin təqdimatı keçirilib. Film Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycanın İşğal Olunmuş Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin layihəsi çərçivəsində reallaşıb. Tədbirdə çıxış edən filmin ssenari müəllifi, İctimai Birliyin sədri Faiq İsmayılov ekran əsəri haqqında məlumat verib. Bildirib ki, əsas məqsəd ermənilərin işğal etdiyi Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə qarşı apardığı vandalizmi dünya ictimaiyyətinə çatdırmaq, onları məlumatlandırmaqdır. Qeyd edib ki, layihədə 2000-ə yaxın könüllü çalışır.
Xocavəndin tarixi abidələrindən söhbət açan F.İsmayılov təkcə Tuğ kəndində 50-yə yaxın qədim tikililərin olduğunu söyləyib. Bildirib ki, ermənilər Azıx mağarasında arxeoloji qazıntılar aparıb və buradakı nümunələri Fransada “Avropanın ilk sakinləri” sərgisində nümayiş etdirərək özlərinin qədim xalq olduğunu sübut etməyə çalışıblar: “Biz belə filmlərlə onların işğalçı və yalançı bir millət olduğunu dünyaya tanıtmalıyıq”.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Etibar Axundov belə sənədli filmlərin çəkilişlərinin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib. Tədbirdə çıxış edən digər natiqlər Xocavəndin dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu bildiriblər və belə filmlərin tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını söyləyiblər.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 505 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |