Şrift:
NATO Baş Katibi: “Səfərovun Azərbaycana verilməsi beynəlxalq qanunlara uyğun şəkildə həyata keçirilib”
07.09.2012 [12:17] - Gündəm
Ermənistanda səfərdə olan NATO Baş Katibi Anders foq Rasmussen erməni tələbələr qarşısında çıxış edib.

İrəvan Dövlət Univesitetində tələbələr qarşısına çıxan Rasmussen bildirib ki, onun rəhbərlik etdiyi təşkilat Ramil Səfərovun azad edilməsindən narahatdır. Bu barədə AzNews.az armenpress.am saytına istinadən xəbər yayıb.

“Ramil Səfərovun azad edilməsi bölgədə sülh yaranmasına xidmət etməyən addımdır”. O, həmçinin qeyd edib ki, Macarıstan və ya NATO bir şəxs tərəfindən törədilən cinayətə görə məsuliyyət daşımır.

O ki qaldı ekstradisiya (qaytarılma) məsələsinə NATO baş katibi bildirib ki, Səfərovun Azərbaycana verilməsi beynəlxalq qanunlara uyğun şəkildə həyata keçirilib. O, erməni tələbələrə təsəlli verərək onların hisslərini başa düşdüyünü də qeyd etməyi unutmayıb.
Bu xəbər oxucular tərəfindən 1118 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed