Şrift:
İran kəşfiyyatının hesabı: “Ölkə iqtisadiyyatı çökür”
07.09.2012 [12:25] - Güney Azərbaycan xəbərləri
İran kəşfiyyatı ölkənin iqtisadi durumu ilə bağlı məruzə hazırlayaraq, prezident Əhmədinejada təqdim edib.

Məruzə müəllifləri İran hakimiyyətini ölkədəki iqtisadi durumun fəlakət həddinə çatdığı barədə xəbərdar ediblər. Bu barədə Rusiya kütləvi informasiya vasitələri xəbər yayıb.

Məruzədə göstərilir ki, yaxın üç ay ərzində büdcə kəsiri elə bir həddə çatacaq ki, dövlət qulluqçularına əməkhaqqı verilməsi mümkün olmayacaq, bu isə sosial narazılıqlara gətirib çıxaracaq.

İranın valyuta ehtiyatları isə yaxın 6 ay ərzində faktiki tükənəcək. Ölkənin iri zavod və fabrikləri xarici bazarlara çıxışı məhdud olduğundan dərin böhran yaşayacaq. Bu müəssisələrin bir çoxu iflas (vərşikəst) olacaq.

Məruzədə daha sonra göstərilir ki, ölkədə inflyasiyanın həddi 40 faizə çatıb. Ət və ət məhsulları, süd və bir çox ərzaq mallarının qiyməti 80 faiz artıb.

Avropanın İrana qoyduğu embarqo ucbatından bu ölkə hər gün 133 milyon dollar itirir.
Bu xəbər oxucular tərəfindən 1079 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed