08.11.2019 [09:56] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Son zamanlar İran-Azərbaycan sərhəddində insident yaşanır. Elə bir neçə gün əvvəl Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 1 nəfər sərhədi pozmaq istəyərkən gülllənib.
Maraqlıdır, İran-Azərbaycan sərhəddində bu kimi halların artmasının səbəbi nədir? Problemin qarşısının alınması üçün müəyyən işlər görülürmü ?
Məsələ ilə bağlı Modern.az-a danışan təhlükəsizlik eksperti Sülhəddin Əkbər sərhəddə gərginliyin yaranmasının İranda sosial-iqtisadi vəziyyətin gərginləşməsi, sanksiyaların tətbiq edilməsi ilə də bağlı ola biləcəyini bildirib.
“İranla Azərbaycan sərhəd xidmətləri arasında həm dövlətlərarası, həm də hökumətlərarası səviyyədə müntəzəm danışıqlar aparılır. Bu məsələlər də təbii ki, görüşlərdə müzakirə edilir. İranda xüsusilə narkotik ticarəti ilə bağlı olaraq qaçaqmalçılıq geniş yayılıb. Vəziyyətin son zamanlar gərginləşməsi nəticəsində əhali və yerli qruplar gəlir əldə etmək məqsədilə məhz bu yola əl atıırlar. Buna görə də İran bütün sərhəd qonşuları ilə belə hallar yaşayır. Statistikaya baxsaq İranın digər qonşularla sərhədində problemlər bizimlə müqayisədə daha çox yaşanır”.
Deputat Fərəc Quliyev bildirir ki, İran tərəfi elə tədbirlər həyata keçirməlidir ki, əhali arasında bizim sərhədləri keçməyə cəhd göstərənlər olmasın.
“Sərhədin pozulması, qaçaqmalçılıq dünyanın hər yerində baş verir. Yəqin ki, İran tərəfi də bu cür halların olmasını istəmir. Əslində İran Azərbaycan sərhəddi arasında insident əvvəllər də olub, sadəcə indi daha çox ictimaliləşdirilir. Təbii ki, ölçü götürülüb ki, bu haqda media məlumatlanır. Onu da deyim ki, heç bir halda bizim tərəf ayıq-sayıqlığını itirimir, lazımi işlər görülür. Sanksiyalar tətbiq ediləndən sonra müəyyən qazanc yollarının bağlanması, ölkə rəhbərliyinin diqqətinin başqa istiqamətlərə yönəlməsi, əhalinin bu kimi yollarla qazanc əldə etmək istəyi ilə nəticələnir. Lakin bütün hallarda İran nəzarəti gücləndirməlidir ki, bizim sərhədlər pozulmasın, atəş açılmasın və narkotik vasitələr qaçaqmalçılıq yolu ilə Azərbaycan tərəfinə keçirilməsin”.
Məsələ ilə bağlı Dövlət Sərhəd Xidməti ilə də əlaqə saxlamaq istəsək də, edilən müraciətlər cavabsız qaldı.

Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |