08.11.2019 [14:21] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
ABŞ-da Konqresin Nümayəndələr Palatasının “lokomotivi” olan yəhudi əsilli üzvlərin xüsusi təsiri ilə qondarma erməni genosidi haqda qətnamənin qəbulunun ardınca İsraildə oxşar çağırışlar səslənir.
Təl-Əvivdə “erməni soyqırımı”nın tanınması tələbləri eşidilir. Azərbaycana dost ölkə olan İsrailin belə davranışları anlaşılmır. Sabiq maliyyə naziri Yair Lapid yazıb ki, ölkəsi də analoji addımı atmalıdır: “ABŞ Nümayəndələr Palatasında ”erməni soyqırımı"nı tanımaq üçün verilən səs tarixi həqiqətə və ədalətə verilən səs idi.
Türkiyənin dünyanı qorxutmasına imkan verməməliyik. “Soyqırım”ı tanımaq üçün İsrailin “erməni soyqırımı”nı tanıması üçün mübarizəni davam etdirəcəyəm".
Keçmiş təhsil naziri Gideon Saar da ondan geri qalmayıb: “İsrail də bu vəhşiliyi etiraf etməlidir”.
Bəzi jurnalistlər də Netanyahu hökumətini qondarma soyqırımı tanımağa çağırıblar.
Rəsmi Təl-Əvivin hər hansı şərhi olmasa da, Azərbaycanla yüksək səviyyədə əlaqələri olan İsraildə ayrı-ayrı şəxslərin dilindən çağırışlar səslənməsi təəssüf doğurmaya bilməz.
Əgər yəhudi hökuməti Ankaraya bu pisliyi edərsə, “soyqırımı” tanıyarsa, Bakı-Təl-Əviv münasibətlərinə də ciddi təsir edə bilər.
Bunun səbəbini İsraildə müəyyən dairələrin erməni lobbisi ilə əlaqələri ilə izah edənlər var. Eyni zamanda Amerikadakı erməni lobbisinin ABŞ Yəhudi Komitəsi, prezident Trampın seçilməsində xüsusi rolu ola evangelistlərlə münasibətləri ilə əlaqələndirirlər.
Fərəc Quliyev: “İsrail-Azərbaycan əlaqələrinin pisləşməsi İrana sərf edir”
Deputat Fərəc Quliyevin sözlərinə görə, bu cür çağırışlar İsrail dövlətinin mövqeyi kimi qiymətləndirilə bilməz:
“Yəhudilər dünyanın müxtəlif yerlərində yaşayırlar və onlar olduqların bütün ölkələrdə təşkilatlanırlar. Onlar hər zaman təmənnasız olaraq bizi müdafiə edirlər və Azərbaycanı ikinci vətəni sayırlar.
Mən sizə bir faktı deyim, Təl-Əvivdə tədbirdə iştirak edirdim. Yəhudilər özləri təkid elədilər ki, Azərbaycan türkcəsində çıxışlar olsun".
F.Quliyev qeyd etdi ki, İsrail-Azərbaycan arasında müxtəlif sahələrdə ciddi əməkdaşlıq var: “İsrail bizim strateji tərəfdaşımızdır, əməkdaşlıq müxtəlif sferaları əhatə edir. Lakin bu əlaqələri qısqanan ölkələr var və açıq deyək ki, İran İsraillə münasibətlərimizin yüksək səviyyədə olmasını istəmir”.
Deputat hesab edir ki, qondarma soyqırımı ilə bağlı təşəbbüslərin nəticəsi olmayacaq: “İsrail dövlətinin mövqeyindən xəbərdaram və onlar barmaqla sayılan dostlarımızdandır. Bu cür çağırışlar varsa, Azərbaycan tərəfi də İsraillə əlaqə saxlamalıdır, biz münasibətlərə kölgə salınmasına imkan verməməliyik.
Çünki bu cür çağırışlar obıvatel təbəqədə qıcıq oyada bilir. Bundan başqa, İsrail-Azərbaycan əlaqələrinin pisləşməsi İrana sərf edir".
F.Quliyev düşünür ki, Türkiyəyə münasibət Azərbaycana təsirsiz ötüşmür: “Ümumilikdə, türk dövlətlərini sarsıdır. O baxımdan Türkiyə ilə bağlı məsələlərə dərhal reaksiya verməliyik. Həmçinin diasporamız adekvat cavab verməlidir. Amerika Konqresində və Nümayəndələr Palatasında ayıq adamlar var, onlarla danışmaq lazımdır. Yəni bu, təkcə hökumətin işi deyil, diasporanın da gücündən istifadə etməliyik”.
Deputat Fazil Mustafanın dediyinə görə, Amerikanın dövlət siyasətində ermənilərdən istifadə məsələsi var. Onun fikrincə, İsraildəki çağırışlar isə gələcəkdə ola biləcək məhkəmə qərarlarına hesablanıb: “Ayrı-ayrı şəxslərin dilindən iddialar səsləndirirlər. Amma qondarma iddialardır. Hansı ölkə bu məsələni qaldırırsa, bumeranq effekti kimi özünə qayıdacaq. Çünki absurd bir qərarın altında özləri əziləcəklər. Bu gün Osmanlıya görə Türkiyəni qınamaq olmaz. Hətta İsrail də qondarma soyqırımı tanıyan sənəd qəbul etsə, effeki olmayacaq.
Hər dəfə “Domokl qılıncı” kimi bunu Türkiyəni başı üzərinə gətirmək əhəmiyyətsizdir. Canın çıxsın qəbul et, nə olacaq ki? Türkiyə ayaq üstə duracaq xarakterə malik dövlətdir. Bunu ortaya atanlar özlərini Türkiyə ilə düşmən edirlər. Yəhudilər bilməlidir ki, onlara ən çox elə türklər dəstək verib".
F.Mustafanın fikrincə, bu situasiya Azərbaycan üçün də arzuolunan deyil: “Azərbaycan İsraillə yaxşı münasibətlərə malik olsa da, Türkiyə əleyhinə qərar verilsə, bu addımı pisləyəcəyik. Çünki qondarma erməni soyqırımının İsrail tərəfindən qəbul ediləcəyi halda bizə qarşı qərar kimi qiymətləndiriləcək. Azərbaycanla Türkiyənin həmrəyliyi bəllidir. Biz erməni faşizmini yaşamış xalqıq”.
Həmid Herisçi: “Yəhudilər Holokosta qohum seçməzlər”
Yazıçı-konspiroloq Həmid Herisçi deyir ki, yəhudi təfəkküründə Holokost faciəsi ağır mövzudur: “Bu müqəddəs və ”qızıl alma"nı ermənilərlə bölüşməzlər.
Yəhudilərin başına güllələlər Ermənistan xəttindən düşüb. Amerika dövlət katibi “Hizbullah”la işləyən erməni təşkilatların adını ortaya qoymuşdu. İranla ticarət edən erməni şirkətləri var. Yəhudilər bunu bilə-bilə “Holokost” qohumu seçməzlər. Sadəcə, işi bilməyən, hadisələrin məcrasını bilməyən adamlar elə düşünə bilərlər".
H.Herisçi bildirir ki, İsrail dövlətinin əsas acığı elə Ermənistanadır: “Yəhudilər bu məsələdə ermənilərlə zarafat edirlər. Bu məsələ Amerika Konqresində keçə bilər, ancaq Senatdan keçməz. İşi bilməyən adamlar məsələni şişirdir. Osmanlı vaxtı sürgünə göndərilmiş erməniləri qıran kürd yaraqlıları olub. Bunu bilən ermənilər niyə kürdlərlə can-ciyərdir? Deməli, həqiqi qatillərini kənara qoyub türkləri ittiham edirlər, məqsədi yayındırırlar”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 558 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |