09.11.2019 [21:57] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Əlimizdəki arsenalı qısa zamanda torpaqlarımızı azad etməyə yönəltməliyik”
“Düşmənə işğaldakı torpaqları boşaltmaq üçün 1-2 ay vaxt verməliyik, sonra isə...”
“Ermənilər Qarabağadakı sərvətlərimizdən hər il 30 milyard vəsait əldə edir”
Azərbaycanın gələn il üçün müdafiə xərclərini 21% artırması həm ölkəmizdə, həm də Ermənistanda ciddi müzakirələrə səbəb olub. Siyasilərin bir çoxu hesab edir ki, müdafiə xərclərinin artırılması savaş ehtimalının yüksəlməsi ilə bağlıdır və rəsmi Bakı bununla onsuz da güclü olan ordu potensialını daha da gücləndirməyi planlayır
Moderator.az olaraq millət vəkili Fərəcə Quliyevlə söhbətimizdə bu və digər məsələlərə aydınlıq gətirməyə, Qarabağ probleminin mümkün həlli imkanlarını şərh etməyə çalışdıq.
-Fərəc bəy, Qarabağ probleminin mövcud vəziyyəti ilə bağlı qənaətiniz nədən ibarətdir? Mövcud status-kvonun davam etməsi ölkəmizə nə vəd edir?
-Bütün hallarda işğaldakı torpaqlarımızın azad edilməsi bizim başlıca hədəfimiz olmalıdır. Biz indiki status-kvo ilə təbii ki, razılaşa bilmərik. Qərbi Azərbaycan ərazisində Ermənistan dövləti yaradılıb. Azərbaycanın Zəngəzur hissəsini alıb Ermənistana veriblər. Indi isə Azərbaycanda ikinci erməni dövlətini yaratmağa cəhd edirlər. Təbii ki, biz buna imkan verə bilmərik və verməyəcəyik.
-Sizcə Qarabağ probleminin sülh yolu ilə həll edilməsi istiqamətində atılan addımlar səmərə verəcəkmi? Mümkündürmü ki, bu danışıqlar hansısa mərhələdə müəyyən nəticə versin?
-Torpaqlarımızın dinc vasitələrlə azad edilməsi istiqamətində çalışmalar gedir. Mənim subyektiv fikrim bundan ibarətdir ki, bu daışıqların heç bir mənası yoxdur. ATƏT-in Minsk qrupunun həmsədri olan dövlələr mövcud vəziyyətin qorunub saxlanmasında maraqlıdırlar. Həmsdərlərin vasitəçiliyi ilə aparılan danışıqlar nəticə vermir. BMT-nin məlum qətnamələri ortada olsa da, bu da nəticə etibari ilə heç nəyi dəyişməyib.
Xarici siyasətimiz o hədəfə çatıb ki, işğal edilmiş torpaqlarımızn hərbi yolla azad edilməsi üçün münbit zəmin var. Əslində belə bir zəminə ehtiyac yox idi. Çünki BMT-nin qətnamələrində Ermənistanın işğalçı dövlət olduğu vurğulanıb və onların bu torpaqları tərk etməsinin vacibliyi qeyd olunub. BMT nizamnaməsinin 51-ci maddəsinə görə də, Azərbaycanın məşru hüququdur ki, əgər BMT qətnamələri həyata keçirilmirsə, o zaman özü torpaqlarıının azad edilməsi istiqamətində lazımi addımlar atsın. Buna görə də hərbi büdcənin artırılmasına normal yanaşıram. Cəmiyət də başa düşməlidir ki, bu, atılması gərəkən bir addımdır və torpaqlarımızın azad edilməsi zərurəti bizdən bunu tələb edir.
-Necə hesab edirsiniz, Azərbaycan diplomatik danışıqların nəticə verməsini nə qədər, hansı tarixə qədər gözləməlidir?
-Əgər bizim çağırışlarımıza düşmən və onu himayə edən qüvvələr cavab verməsələr, biz düşməni uzun müddət gözləməməliyik. Düşmənə işğal edilmiş torpaqları boşaltmaq üçün 1-2 ay vaxt verməliyik. Əgər onlar bu müddət ərzində ölkə tərk eləməsələr, biz dərhal hərbi əməliyyatlara başlamalıyıq.
-Lakin bəziləri savaş çağırışına ehtiyatla yanaşır və arqument olaraq bildirirlər ki, yeni müharibə yeni qurbanlar demək olacaq...
-Biz savaş çağırışı edəndə bilirik ki, şəhdilərimiz olacaq. Bu torpaqlar bizə şəhdilərimiz hesabına gəlib çatıb. 480 min kv.torpaqdan bizə cəmi 57-67 min kv km ərazi qalıb. Mən ona görə 86, 6 min kv.km demirəm ki, bunun 20%-i ermənilərin əlindədir.
Biz savaşdan çəkindikcə, problemin dinc yolla həllinə tərəfdar olduğumuzu deyə-deyə status-kvo ilə razılaşdıqca, gələcəkdə bu ərazimiz daha da kiçiləcək. Buna görə də biz hərbə hazır olmalıyıq və hərbə ayrılan vəsaitləri artırmalıyıq.
Mən parlamentdə “savaş büdcəsi” yaratmaqla bağlı çağırış etmişdim. Qeyd etmişdim ki, əhali “kəmərəni” sıxmağa hazır olar. Hər kəs razılaşar ki, bütün digər xərclər təxirə salınsın, bu vəsaitlər hərbə yönəldilsin və bu məsələ birdəfəlik həll olunsun.
-Bəzən bu cür fikirlər də səsləndirilir ki, Azərbaycan uzun illərdir ki, müxtəlif dövlətlərdən xeyli silah-sursat, hərbi texnika alsa da, onlardan istifadə etməyə sanki tələsmir. Sizcə çoxlu hərbi texnika və müasir silahlar almaqla ordunu möhkəmləndirmək və bununla da düşmənə bir növ psixoloji basqı göstərmək yetərlidirmi?
-Hərbi xərclərimiz artırılmalıdır. Lakin biz uzun müddət hərbi xərcləri artırıb texnika alıb yığmaq, zabitləri hazırlayıb sonra onları təqaüdə göndərməklə kifayətlənməli deyilik. Qısa zamanda əlimizdəki arsenalı torpaqlarımızı azad etməyə yönəltməliyik.
-Qarabağın azad edilməsi Azərbaycana əlavə iqtisadi güc qazandıra, insanların sosial durumunun daha da yaxşılaşmasına təkan verə bilərmi?
-Ölkəmizdə iqtisadi-siyasi vəziyyətin yaxşılaşması əslində Qarabağ probleminin həllindən keçir. Təəsvvür edin ki, hər il işğal edilmiş ərazilərimizdəki sərvətlərin istismarından düşmən 30 milyarda qədər vəsait qazanır. 163 mədənimiz istismar edilir. Ermənilər o qədər irəli gedib ki, bu ərazilərdə məskunlaşmalar aparır, turizm və s. imkanlardan da istifadə edirlər. Biz bu əraziləri azad etsək, yeraltı-yerüstü sərvətlərimiz də özümüzə qalar. Iş yerləri açılar. Insanların rifahı yüksələr.
-Fərəc bəy, bu gün həm də Dövlət Bayrağı günüdür. Bu tarixi günlə bağlı Azərbaycan xalqına sözünüz, təbrikiniz varmı?
- Mən bayraq günü münasibəti ilə bütün xalqımızı təbrik edirəm. Belə bir məşhur misra var:
“Bayraqları bayraq yapan üstündəki qandır,
Bayraq - əgər uğrunda ölən varsa vətəndir”.
Mən arzu edirəm ki, torpaqlarımız ən qısa zamanda işğaldan azad edilsin və üçrəngli bayrağımız Qarabağda dalğalansın.

Seymur ƏLİYEV/moderator.az
Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |