09.11.2019 [22:07] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkillərinin fikrincə, radikallar icazəsiz aksiyalarla qrant yumağı hədəfləyirlər
Bir müddət əvvəl icazəsiz aksiyaya cəhd edən Milli Şura cütlüyündən radikal düşərgənin digər partiyaları da həvəsə gəlib. Belə ki, Müsavat partiyası mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etdi və bu müsbət cavab aldı. Lakin mitinq keçirmək üçün BŞİH-in təklif etdiyi yeri "bəyənməyən” Müsavat rəsmiləri mitinq qərarını ləğv etdilər. Bundan sonra ya vəlvələdən, ya da zəlzələdən Müsavat partiyasının başqanı Arif Hacılının yadına düşdü ki, Milli Şura kimi BŞİH-in qarşısında piket keçirsinlər. Amma bu dəfə onların istəyi baş tutmadı və BŞİH piketin keçirilməsini məqsədəuyğun olmadığı qənaətinə gəldi. A.Hacılı fürsəti əldən verməyib icazəsiz piket keçirəcəklərini bəyan etdi. Sanki Müsavat Partiyası AXCP ilə Belə olan halda radikal müxalifət düşərgəsinin qanunlara riayət etməməsinin arxasında nə dayanır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, Müsavatın mitinq üçün müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti icazə vermişdi: "Lökbatanda normal şəraitdə olan bir yer təklif olunmuşdu. Əgər icazə verilməsəydi, bundan sonra haradasa icazəsiz aksiya keçirməyə çalışardılar. İndiki halda isə sənə yer verilir, ora getmirsən və ərköyünlük edib "istədiyim yerdə tədbir keçirəcəm” deyirsən! Bir sıra hallarda onlar bu məsələdə beynəlxalq konvensiyalara əsaslanırlar. Amma sərbəst toplaşmaq haqqında mövcud konvensiyalarda xüsusilə metropoliten, təhlükəsizlik və digər məsələlərlə bağlı göstərilir ki, uyğun olmadıqda aksiyalara icazə verilməyə bilər. Bundan başqa, ölkədəki vəziyyəti nəzərə alaraq hansısa tədbirlə bağlı bəhanə etmək, bəsit şüarları səsləndirmək, islahatlara kölgə salmaq, qərəzli şəkildə mövqe sərgiləmək kimi addımlar artıq dəbdən düşmüş, çeynənmiş davranışlardır və cəmiyyət tərəfindən qəbul olunmur. Söhbət ondan gedir ki, milli birliyə ehtiyac olduğu bir zamanda, xüsusilə türk dünyasına kənardan bir basqı olduğu bir vaxtda belə hərəkətlər milli mənafelərə uyğun deyil. Dəfələrlə qeyd etmişəm ki, Müsavatın və Milli Şuranın qaldırdığı məsələlərdən 10 dəfə artığını Milli Məclisdəki konstruktiv müxalifət, milli demokratik düşərgə qaldırıb. Bu məsələlərin 90-95 faizi də həll edilib”.
F.Quliyev qeyd etdi ki, bu gün ölkədə çox ciddi şəkildə kadr islahatları gedir: "Onlar sadəcə olaraq gündəmdə qalmaq üçün bu cür addımlar atırlar. Hesab edirəm ki, belə aksiyalara polislər mülki formada qatılsa, jurnalistlər ümumiyyətlə qatılmasa, heç orada adam belə olmayacaq. Bunu tam əminliklə deyirəm, çünki haradasa ideoloji tədbir keçiriləndə çoxmərtəbəli binaların həyətindən bir nəfər çıxıb dəstək vermirsə, eyvandan əl etmirsə, bu, artıq vəziyyətin nə yerdə olduğunu göstərir. Elektoratı olan adam icazə verilən yerdə gedib aksiyasını keçirə bilər. Düşünürəm ki, icazəsiz aksiya ilə bağlı addımlar çox primitiv, çeynənmiş davranışlardır. Buna ən yaxşı cavab heç bir reaksiya, əhəmiyyət verməməkdir. Çünki cəmiyyət artıq yeni çağırışlara cavab verir. Meydanda hay-küy salmaq istəyənlər nə Qarabağla, nə iqtisadi dəyişikliklərlə bağlı bir proqram ortaya qoya biliblər. Bu, sadəcə olaraq narazılardan istifadə etməkdən başqa bir şey deyil. Bütün dövlətlərdə problemlər və narazılar olur. Təbii ki, tədricən problemlər aradan qaldırılır. Hesab edirəm ki, qeyri-konstruktiv müxalifətin atdığı addımlar gündəmdə qalmağa xidmət edən, bəzi partiyaların və qurumların isə qrant yumaq və pul silmək üsullarından başqa bir şey deyil. Bəziləri də şəkil çəkdirib siyasi mühacirətə getmək üçün bu addımı atır. Bunları mən demirəm, artıq öz çevrələrindən çıxmış adamlar dilə gətirirlər. Ona görə də hesab edirəm ki, ciddi siyasətçilər bu gün ölkənin taleyi ilə bağlı addımlar atmalı və uşaq oyunlarından uzaq durmalıdırlar”.
Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, bu gün demokratiyadan, qanunlardan danışan müxalifətin təxribata, qarşıdurmaya, polislə toqquşmaya üstünlük verməsi təəssüf doğurur: "Müxalifət bu cür hərəkətlərə son qoymalıdır. Çünki bununla onlar nə siyasi nüfuzlarını artıra biləcək, nə də ki, qarşılarına qoyulan məqsədə çatacaqlar. Radikal müxalifətə, o cümlədən, Müsavat Partiyasına sadəcə olaraq, bəhanə lazımdır. Onların nə ölkənin problemləri ilə bağlı təklifləri var, nə də cəmiyyətə təqdim edəcəkləri hər hansı proqramları. Sadəcə olaraq, gündəmdə qalmaq, hətta hay-küylü hadisələrlə diqqəti cəlb etmək onların qarşılarına qoyduğu əsas məqsəddir. Partiyanın məqsədi hakimiyyətə gəlmək, cəmiyyətin dəstəyini qazanmaq, ölkənin inkişafı ilə bağlı təkliflərini verməkdir. Hazırkı müxalifətdə isə bunların heç biri yoxdur”.
A.Mirzəzadə vurğuladı ki, bu gün informasiya-kommunikasiya texnologiyaları elə inkişaf edib ki, kütləvi aksiyaların harada keçirilməsinin heç bir əhəmiyyəti yoxdur: "Çünki telekanallara, saytlara baxmaqla, hətta adi mobil telefondan istifadə etməklə baş verən hadisələri nəinki Azərbaycana, bütün dünyaya yaymaq olar. Bununla belə, tamamilə mümkündür ki, onlar xaricdən dəstək alıblar, Azərbaycan dövlətinin möhkəmliyini bir daha yoxlamaq üçün bu cür hərəkətlərdən istifadə etməyə çalışırlar. Amma istənilən halda, onların hərəkətinə hüquqi qiymət veriləcək”.

AZAD
Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |