07.09.2012 [13:28] - Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
Məhəmməd Urmulu: «Rejim Güney Azərbaycanın bir gün azad olunacağını bildiyi üçün ora sərmayə yatırtmır»
Səhifəmizin budəfəki qonağı əslən Urmiyadan olan, hazırda isə Kanadada siyasi mühacir həyatı yaşayan Məhəmməd Urmuludur.
- Bu günlərdə İran ən böyük sərhəd bayrağını Azərbaycanla sərhəddə dalğalandırdı. Sizcə, bunun mahiyyəti nədir?
- Həmin bayraq Güney Azərbaycan torpağında qaldırıldı. İran bununla həmin torpaqlarda siyasi hakimiyyətə malik olduğunu vurğulamaq istəyib. Guya ki, bayraq qaldırmaqla torpağı özününküləşdirmək olar. Rejimin başında duranlar, fars tarixçilərinin özləri də aydın bilirlər ki, Güney Azərbaycan türk torpağıdır. İran termin olaraq son dövrlərin məhsuludur. Siz tarixin qədim qatlarında belə bir adda dövlətə rast gələ bilməzsiniz. İran yeni və qondarma addır. Əgər diqqət etsəniz görərsiniz ki, rejim Güney Azərbaycana sərmayə yatırtmır, orada abadlaşdırma işləri aparmır. Sadəcə təbii sərvətini talayır. Niyə? Çünki bilir ki, bir gün Güney Azərbaycan azadlığa qovuşacaq. Ona görə də həmin torpaqlara kapital qoymur.
- Orada iranlı anlayışı var? Kimdir iranlı?
- İranlı da qondarma adlardandır. Bildiyiniz kimi, orada əhalinin əksəriyyətini Azərbaycan türkləri təşkil edir. Qalanları isə farslar, bəluclar, ərəblər, kürdlər və digər milli azlıqlardır. İnsanların milli kimliyini əritmək, hətta söz olaraq nitqdən çıxarmaq, İranda yaşayan millətləri ümumiləşdirmək üçün iranlı termini uyduruldu. Halbuki bu söz mahiyyətcə milləti deyil, məkanı xarakterizə edir. Odur ki, «iranlı» sözü kimlik yox, haralı sualına cavab verir. Camaatın beyninə güclə yeridirlər ki, sən iranlısan. Guya ki, iranlı millət adıdır. Hətta insanların milli mənsubiyyəti pasportlarda da qeyd olunmur. Lakin onu da qeyd etməliyəm ki, hamıya «iranlı» damğasını vursalar da, rejimin millətlərə yanaşması fərqlidir. Biri ölkənin hakim, digərləri isə ikinci dərəcəli vətəndaşları kimi qəbul edilir.
- Bu milli ayrı-seçkilik dövlət qanunvericiliyində də əks olunub?
- Xeyr. Qanunlara görə, milli mənsubiyyətindən asılı olmayaraq hamı bərabərhüquqludur. Lakin bu hüquq yalnız kağız üstündə qalır. Praktikaya gələndə yazılmamış qanunlar rol oynayır. Məsələn, əgər hər kəs bərabərhüquqludursa, nə üçün farsın dilində məktəb var, amma Azərbaycan türklərinin ana dilində təhsil ala bilmir? Nə üçün bütün iaşə obyektlərinə fars dilində ad vermək olar, amma heç bir mağazanın lövhəsini türk dilində yazmaq olmaz? Mən İran ərazisini nəzərdə tutmuram. Söhbət türklərin tarixi torpaqları olan Güney Azərbaycandan gedir. Lap deyək ki, fars şəhərlərində bu qadağa tətbiq olunsun. Bəs türkə öz evində, öz küçəsində, öz şəhərində niyə ana dili yasaq edilir?
- Məsələn, Təbrizdə türk adı daşıyan mağaza yoxdur?
- Olanları var. Onun da sahibini dinc qoymurlar. «Ettelaat» əməkdaşlarının biri gedir, o biri gəlir. Gah lövhhənin qaldırılmasını tələb edirlər, gah da qorxudurlar. Kim mübarizəyə davam edir hər hadisəni, o cümlədən də həbsi gözə alır, o da türk adını mağazasının üzərində saxlayır. Məsələn, Güney Azərbaycanın Məlikkənd şəhərinin iş adamları və mağaza sahibləri obyektlərinə türkcə ad qoyduqlarına görə təzyiq altındadır. Məlikkənd şəhərinin mağaza sahibləri və iş adamları şəhərin ümumi təhlükəsizlik idarəsinə çağırılıb və onlara türkcə adlandırdıqları obyektlərinin adlarını dəyişdirməklə bağlı xəbərdarlıq edilib. Soydaşlarımız İran təhlükəsizlik qüvvələrinə mümkün qədər müqavimət göstərir və türk adlarının dəyişdirilməməsinə çalışırlar. Ancaq buna baxmayaraq, bəzi halda soydaşlarımızın müqaviməti nəticə vermir və bir çox türk adları dəyişdirilib. Məsələn, məcburi şəkildə dəyişdirilən adlar içində «Axar su» kafesi, «Qara dəniz» yeməkxanası, «Yağlı çörək» çörəkxanası, «Yaşa» mağazası, «Dəniz» yeməkxanası və s. kimi türk adları var. Hətta Təbrizdə «Traktor» futbol komandasının afişa və şüarlarını Azərbaycan türkcəsində çap edən «Afiyət» və «Nigar» mətbəələri qapadılıb. Təbriz hüquq-mühafizə orqanları mətbəələri möhürləyiblər. «Traktor»un CD və afişalarının satışıyla məşğul olan başqa bir mağaza da bağlanıb. Güney Azərbaycana bu qədər təzyiqin səbəbi nədir? Təbii ki, rejimin türk düşmənçiliyidir. Çünki son illər təbrizli azarkeşlər «Traktor» komandasının oyunlarında Azərbaycan türkcəsində hazırlanmış plakatlar qaldıraraq ana dilində təhsil hüququ tələb edir, milli şüarlar səsləndirirlər.
- Bəs həbs olunan soydaşlarımızı müdafiə edən vəkillər olur?
- Milli fəalları müdafiə edən vəkillər də rejimin «qara siyahısı»na düşür. Yalnız milli düşüncəli və millətinin təəssübünü çətən vəkillər milli fəalları müdafiə etməyə razı olurlar. Vəkillərə rejim basqı edir, fəaliyyət göstərməsinin qarşısını alır, ofisini bağlayır və s. Bir çox hallarda isə vəkillərin özü də müxtəlif bəhanələrlə həbs edilir. Elə milli fəal olur ki, məhkəməsi zamanı vəkili gəlib çıxmır. Sonra məlum olur ki, onu da həbs ediblər.
- Bəs qanunlardan xəbəri olan vətəndaşlar da hüquqlarını tələb edə bilmirlər?
- Xeyr. Qanunların kağız üzərində varlığı hələ onun işləməsi demək deyil. Digər tərəfdən, İran Konstitusiyasında kifayət qədər ziddiyyətlər var. Hətta qanunla da qeyri-fars millətlərinin haqları pozulur. Məsələn, İran Konstitusiyasının 19-cu maddəsində deyilir ki, millətindən, cinsindən asılı olmayaraq hər kəs bərabərdir. Amma praktikada milli üstünlük farslara tanınır. 15-ci maddədə yazılıb ki, rəsmi dil fars dilidir, rəsmi sənədlər, dərsliklər fars dilində yazılmalıdır. Azərbaycan türkcəsinin və başqa qeyri-fars dillərinin isə məhəlli, yəni küçə-bazar səviyyəsində istifadəsi azaddır. Bu, əhalinin yarıdan çoxunu təşkil edən azərbaycanlılar üçün təhqiramiz maddədir. Hətta bu təhqiramiz maddə də 30 ildən çoxdur parlament tərəfindən icra ediləcək qanun şəklinə salınmayıb. Yəni 15-ci maddənin icra qabiliyyəti yoxdur. İranda hər addımda millət olaraq təhqir olunduğumuzu hiss edirik. Nə üçün övladıma türk adı qoya bilməyim? Xeyir işim olanda ana dilimdə dəvətnamə göndərə bilmirəm, ofisimin lövhəsini türcə yazmağa haqqım yoxdur. Biz də insan kimi yaşamaq istəyirik.
- Güney Azərbaycan şəhərlərindən də deputat seçilir. Bəs onlar da Azərbaycan türklərinin haqlarını tələb etmirlər?
- Belə bir cəsarət və ya təşəbbüs həmin şəxsin deputatlığına sona qoya bilər. İran totalitar rejimdir. Orada çoxpartiyalılıq yoxdur. Yalnız rejim var. Seçilən deputatlar da həmin rejimə xidmət edən adamlardır. Hakimiyyətə qarşı olan heç kəs parlamentdə əyləşə bilməz. İranda seçkilər də formal xarakter daşıyır. Deputatları xalq seçmir, rejim təyin edir. Odur ki, millət vəkilləri hakimiyyətə yarınmağa çalışan və ya assimilyasiya olunmuş insanlardır. Onlardan milli haqlarımızı tələb etmələrini gözləmək sadəcə sadəlöhvlük olardı. Odur ki, milli haqlarını tələb etmək hər kəsin fərdi mübarizəsinə qalıb. Milli fəalların əsas məqsədlərindən biri də Azərbaycan türklərinin hüquqlarını tələb etməkdir. Məsələn, hər il 21 fevral Ümumdünya Ana Dili Günü milli fəallar tərəfindən qeyd olunur. Həmin gündə adətən aksiyalar da keçirilir. Məsələn, milli fəallardan Rza (Salar) Turi və Vəhid Həbib Çeşmə Təbrizdə Ana Dili Günü münasibətilə keçirilən belə aksiyaların birində həbs edilmişdi.

Bu xəbər oxucular tərəfindən 1616 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |