Şrift:
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev: -Gürcüstanda torpaqlarımızı ermənilər alır
07.09.2012 [14:34] - Özəl xəbər, Fərəc Quliyev
Deputatlar prosesi durdurmaq üçün təkliflər verir

Gürcüstanın Borçalı mahalında azərbaycanlılar yaşayan kəndlərdə milliyyətcə erməni olan zəngin şəxslərin kampaniya şəklində evləri alması barədə məlumat yayılıb. Bu kampaniya əksər azərbaycanlı kəndlərində açıq şəkildə müşahidə olunmaqdadırr. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri olaya münasibət bildiriblər.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirib ki, partiyanın Borçalı departamenti var: "Biz Gürcüstanda yaşayan soydaşlarımıza institutlaşmış şəkildə sahib çıxmağın tərəfdarıyıq. Bununla bağlı dəfələrlə Milli Məclisdə məsələ qaldırmışam ki, Azərbaycan dövlətinin Borçalıyla bağlı xüsusi bir siyasəti olmalıdır. Oradakı insanlarımıza sahib çıxmağın çox böyük əhəmiyyəti var. Həm də Gürcüstan əhalisinin böyük əksəriyyəti Azərbaycan türklərindən ibarətdir. Gürcüstanda yaşayan türklərin sayı 600 min civarındadır. Amma bu rəqəm kiçildilir. Biz oradakı Azərbaycan ərazilərində süni şəkildə demoqrafik vəziyyətin dəyişməsi ilə bağlı, yəni əhalini köçürülməsi ilə bağlı etirazımızı bildirmişdik".

Anar
Bu xəbər oxucular tərəfindən 2076 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed