12.11.2019 [14:11] - Borçalı
Dmanisi meriyasının gürcü və azərbaycanlılar yaşayan kəndlərində hökumət və yerli hakimiyyət nümayəndələri tərəfindən açıq görüşlər keçirilir. Bu barədə Dmanisi meri Qiorqi Tatuaşvili məlumat verib. Onun sözlərinə görə, keçirilən görüşlər əhalinin ehtiyaclarına xidmət edir. Tədbirlərdə majoritar deputat Kaxaber Okriaşvili, Dmanisi meri Qiorqi Tatuaşvili, meriya nümayəndələri və Şəhər Şurası üzvləri kənd sakinləri ilə prioritet mövzular çərçivəsində dialoq şəkilində müzakirələr aparır və əhalini narahat edən problemləri öyrənirlər.
İndiyədək bir çox kəndlərdə, o cümlədən Qızılhacılı,Saja, Yeni və Köhnə Gögəkdağ kəndlərinin əhalisi ilə görüşlər keçirilib. Görüşlərdə deputat Kaxaber Okriaşvili və yerli rəhbərlik əhalinin ehtiyaclarını şəxsən dinləyiblər. Görüşdə gələcək üçün planlaşdırılan genişmiqyaslı infrastruktur inkişaf layihələri diqqətə çatdırılıb. Hazırda açıq yığıncaqlar aktiv olaraq davam edir.
DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Bu xəbər oxucular tərəfindən 589 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |