12.11.2019 [15:44] - Hadisə
“Şəxsin özünün şikayətinə baxılmasında iştirak etmək hüququ ən təməl hüquqlardan biri kimi təmin edilməlidir”. Bunu "Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli" mövzusunda keçirilən seminar-müşavirədə Ali Məhkəmənin Kollegiya sədri Hikmət Mirzəyev bildirib.
Kollegiya sədri bildirib ki, məhkəmələrə verilən şikayətlərdə daha çox pozuntu kimi istinad olunan hallardan biri şikayətə baxılarkən şikayəti vermiş şəxslərin iştirakının təmin edilməməsidir: “Bu hüququn mühüm konstitusion hüquqlardan biri olduğu nəzərə alınmaqla ona əməl olunması yuxarı seçki komissiyaları tərəfindən təmin olunmalıdır”. Hikmət Mirzəyev qeyd edib ki, mühüm məsələlərdən biri şikayət vermiş şəxsin dəlillərinin hərtərəfli araşdırılması və qəbul olunmuş qərarda şikayətin bütün dəlillərinə əsaslandırılmış cavabın verilməsidir: “Bu, həm qanunvericilikdən, həm də hüquqi dövlətin mahiyyətindən irəli gələn tələbdir. Çünki şikayətə baxılması ilə bağlı inzibati icraat aparılır”.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |